Ərdoğan Davudoğlunu işdən çıxardı

11:17 / 05.05.2016

Türkiyədə hakim partiya daxilində yaranmış ziddiyətlər baş nazir Əhməd Davudoğlunun vəzifəsindən ayrılması ilə nəticələnib.

Strategiya.az-ın məlumatına görə, Virtualaz.org Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, ötən gün axşam baş nazir Əhməd Davudoğlu il prezident Rəcəb Tayyib Ərdoğan arasında keçirilmiş görüşdən sonra AKP-nin növbədənkənar qurultaya getməsi qərara alınıb. Və Davudoğlunun bu qurultayda AKP başqanlığına namizəd olmayacağı, beləliklə də baş nazir postunu təhvil verəcəyi açıqlanıb. Qurultay mayın 28-nə təyin olunub.

AKP daxilində Davudoğlunun vəzifədən faktiki uzaqlaşdırılmasına gətirib çıxaran ziddiyətlərin kökü prezident Ərdoğanın hakim partiyanın daxili məsələlərində əsas söz sahibi kimi qalmasından, baş nazirin partiyada formal fiqura çevrilməsindən qaynaqlanır. Apelin 29-da AKP-nin bölgə təşkilatlarının liderlərinin təyinatı səlahiyyəti Davudoğlundan alınıb. Bu da baş nazirin partiya rəhbəri statusunun şübhə altına alınması demək idi. Qərar Ərdoğanın təlimatı ilə qəbul edilib. Xəbərlərə görə Davudoğlu bunun səbəbini soruşanda Ərdoğan ona “partiyanın lideri olaraq qaldığını” xatırladıb. Habelə prezident baş nazirə AKP-nin növbədənkənar qurultayını çağırıb “lazım olanı etməyi”, yəni səlahiyyətlərini təhvil verməyi tapşırıb.

 

Mayın 4-də axşam Ərdoğanla görüşmək üçün onun sarayına gedən Davudoğlunun elə oradaca istefa qərarını açıqlaması gözlənilirdi. Lakin baş nazir dərhal istefa verməyib, AKP-nin növbədənkənar qurultayına qədər vəzifəsində qalıb namizədliyini irəli sürməmək variantına üstünlük verib.

Türkiyədə ilk dəfədir ki, baş nazir hakimiyyətdən hərbi çevriliş və ya parlamentd etimadsızlıq göstərilməsi nəticəsində deyil, hakim partiya daxilində yaranan ziddiyətlər nəticəsində uzaqlaşdırılır. Davudoğlu 21 ay əvvəl təkrar parlament seçkilərində AKP-nin qələbəsindən sonra baş nazir olmuşdu. Onun Ərdoğanla münasibətləri “güclü prezident-çalışqan baş nazir” formuluna əsaslanırdı. Lakin tamamilə aydın idi ki, Davudoğlunun Nazirlər Kabinetini idarə etməsi əslində formaldır, nazirlər Ərdoğan tərəfindən təyin edilir və onun göstərişləri ilə hərəkət edir. Türkiyədə prezident üsul-idarəçiliyi hələ mövcud deyil, Ərdoğan Konstitusiyanı dəyişdirərək prezident üsul-idarəçiliyinə keçməyə çalışır. Lakin faktiki olaraq ölkədə bu idarəçilik modeli qüvvədədir.

AKP qurultayında baş nazir postuna kimin namizəd irəli sürüləcəyi haqda bir neçə variant var. Məlumatlara görə namizədlərdən biri Ərdoğanın kürəkəni, energetika naziri Berat Albayrakdır. Digər namizəd nəqliyyat naziri Bineli Yıldırımdır.  Habelə ədliyyə naziri Bekir Bozdağın və baş nazirin müavini Neman Kurtulmuşun da adları çəkilir. Mətbuat yazır ki, Ərdoğan artıq yeni baş nazirin kim olacağını müəyyən edib və həmin şəxsin adı sürpriz olmayacaq.

Davudoğlu AKP-də Ərdoğandan sonra ən güclü və xarizmatik lider hesab edilirdi. Keçmiş prezident Abdullah Gülün Ərdoğanla yollarını ayırmasından və AKP-dən getməsindən sonra hakim partiyada önə çıxa biləcək başqa siyasətçi gözə dəymir. AKP faktiki olaraq tək liderin partiyasına çevrilib. Partiyanın bir çox simalarının adı korrupsiya qalmaqallarına bulaşıb və siyasi karyeralarına ciddi zərbə dəyib. İndi gözlənilir ki, mayın 28-də təyin ediləcək yeni baş nazir Davudoğlundan daha çox formal fiqur olacaq və Nazirlər Kabinetinin idarə edilməsində əsas səlahiyyət sahibi Ərdoğan olaraq qalacaq.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM