Strategiya.az bildirir ki, APA-nın NTV-yə istinadən verdiyi məlumata görə, bu gün Əhməd Davudoğlunun sədrliyi ilə AKP-nin mərkəzi idarəetmə orqanının iclası keçirilib. İclasda mayın 22-də fövqəladə qurultayın keçirilməsi barədə qərar qəbul olunub. Qurultayda partiyanın lideri, baş nazir Əhməd Davudoğlunun istefaya gedəcəyi və yeni sədrin seçiləcəyi gözlənilir. AKP-nin yeni sədri həm də baş nazir kreslosuna əyləşəcək. Bu vəzifəyə əsas namizədlər kimi Binali Yıldırım, Bəkir Bozdağ, Berat Albayrak, Numan Kurtulmuş və Mehmet Müəzzinoğlunun adları çəkilir.
Qeyd edək ki, fövqəladə qurultayın çağırılması mayın 4-də axşam prezidentRəcəb Tayyib Ərdoğan və baş nazir Əhməd Davudoğlunun görüşündə qərara alınıb.