Ermənistan siyasi dairələri aprel ayının 4 günündə aldıqları ağır zərbəni kompensasiya etmək üçün dəridən-qabıqdan çıxırlar. Onlar müxtəlif səviyyələrdə absurd iddialar ortaya atmaqla, düşdükləri çətin vəziyyətdən yaxa qurtarmaq istəyirlər. Dağlıq Qarabağın "müstəqilliyini" tanımaq kimi mənasız davranışdan bəhs etmələri də bu qəbildəndir. Reallıqda buna bənzər addımların arxasında münaqişəni dondurmaq, mövcud status-kvonu saxlamaq və öz maraqlarına uyğun zamanın gəlməsini gözləmək dayanır. Təbii ki, bu cür planların ssenarisini rəsmi İrəvan kənardakı bir sıra dairələrdən alır. Hər bir halda, Ermənistan rəhbərliyinin danışıqlarla bağlı irəli sürdüyü bütün şərtlər ancaq yuxarıda vurğuladığımız məqsədə xidmət edir. Deməli, Ermənistan Azərbaycan Ordusunun çox güclü olduğunu dərk edir və müxtəlif ibarələrlə özünü məğlubiyyətdən sığortalamağa çalışır. Bu məqamda da ermənilər yanılırlar. Çünki özlüyündə Azərbaycan kimisə məğlub etməyin izində deyil. Azərbaycan yalnız torpaqlarını işğaldan azad etməkdə qərarlıdır. Bu məqsədə çatmaq üçün kimlərsə məğlub olmalıdırlarsa olsunlar. Ancaq bu, Bakının problemi deyil, XXI əsr siyasətinə uyğun gəlməyən təcavüzkar dairələrin qayğısıdır.
Növbəti siyasi şou: ermənilərin primitiv ideoloji addımları
Son günlər erməni siyasi rəhbərliyi növbəti şouya başlayıb. Rəsmi İrəvan Dağlıq Qarabağdakı separatçı-terrorçu rejimi tanıya biləcəyi haqqında tez-tez informasiyalar yayır. İki müxalif deputat hətta bununla bağlı "qanun layihəsi" də təqdim ediblər. Onlar "İrs" partiyasından olan Zaruhi Postancyan və keçmiş baş nazir, "Erməni milli konqresi"nin təmsilçisi Hrant Baqratyandır. Ermənistan hökuməti məsələni müzakirəyə çıxarıb.
Təbii ki, İrəvan "Dağlıq Qarabağ Respublikası" adlanan qondarma qurumu tanımayacaq. Ancaq, həmişə olduğu kimi, bu dəfə də ermənilər müxtəlif bəhanələrlə danışıqlar prosesini dalana dirəməyə cəhd edirlər. Özü də bunu XXI əsr üçün heyrət ediləcək dərəcədə bəsit məntiq əsasında həyata keçirməyə çalışırlar. Həmin məqamı Serj Sarkisyanın mətbuat katibinin neandertal təfəkkürü ilə Azərbaycan rəsmilərinin söylədikləri fikirləri "təhlili"ndən aydın görmək olar (bax: Пресс-секретарь президента: В Армении следят за парадом бредовых заявлений Баку/News.am, 3 may 2016).
Belə görünür ki, Vladimir Akopyana lap kiçik yaşlarından şər-böhtan danışmağı, primitiv icma məntiqi ilə düşünməyi və "soyqırımı" nağılının xəyali ssenarilərini əzbərləməyi öyrədiblər. Yoxsa, dığa Azərbaycan haqqında uydurma şeylər ifadə etməzdi. Ortada isə sadə bir həqiqət var: Azərbaycan Ermənistanın işğal etdiyi ərazilərdən qeyd-şərtsiz çıxmasını tələb edir! Normal təfəkkür üçün çox normal və ədalətli davranışdır! Ancaq xəstə erməni siyasi şüuru belə şeyləri qəbul edə bilmir.
İndi Ermənistanda 2 müxalif deputatın absurd bir layihə ilə hökumətə müraciət etməsi demokratiya əlamətidirmi? Qətiyyən belə deyil. Reallıq belədir ki, İrəvan bütün normal diplomatik metodlarla öz yalanını heç kəsə inandıra bilmədiyini dərk etdi. Son illər Prezident İlham Əliyevin ciddi təşəbbüsü və fəallığı ilə Azərbaycan tərəfi Dağlıq Qarabağla bağlı aparılan danışıqlarda erməni diplomatiyasını böcək kimi əzdi. Bu il aprel ayının cəmi 4 günü müddətində Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin belini qırdı, onun şərəfsizliyni sübuta yetirdi.
Məhz bu hadisələrdən sonra erməni tərəfinin hər sahədə Azərbaycanla müqayisədə çox zəif olduğu təsdiqləndi. Çünki ermənilər meydana yeni konstruktiv heç bir fikir, ideya, münaqişəni tənzimləmə mexanizmi və ya kişi kimi savaşmaq modeli çıxara bilmədilər. Onlar, sadəcə, özlərinə ənənəvi olaraq xas olan şər-böhtan, başqasını günahlandırmaq, ağalarından küsmək kimi məqamlarla xarakterizə olunan ritorikalarını daha həyasız səviyyəyə qaldırdılar. Vəssalam!
Bunu sübut edən çoxlu sayda faktlar var. Məsələn, erməni ekspertlərin rəsmi İrəvanın bəyanatları əsasında apardıqları təhlillərə və verdikləri proqnozlara nəzər saldıqda, həmin həqiqəti aydın görə bilmək mümkündür. Elə "DQR"in tanınması məsələsi olsun. Axı Ermənistanın özü suveren deyilsə, onun tanıdığının dünyanın ciddi dövlətlərinə nə təsiri ola bilər? İrəvandan soruşarlar ki, sənin iqtisadiyyatın, idarəetmən, enerji infrastrukturun, hərbi sistemin tamamilə kənardan asılıdırsa, Qarabağdakı separatçı-terrorçu yığnağını tanımağının hansı müsbət nəticələri ola bilər? Amma bununla, sadəcə, bir sıra kənar dairələr üçün münaqişə ətrafında yeni spekulyasiyalara yol açılmış olur.
Hiss olunur ki, bunu Ermənistanda başa düşənlər var. Odur ki, dərhal bəyan etdilər ki, məsələnin müzakirəsi hələ ona müsbət qiymət vermək deyil (bax: МИД Армении: вопрос по Карабаху в повестке дня правительства не означает его признания/"ТАСС", 3 may 2016).
Onların əsl dərdi başqa şeydədir. Ermənistan xarici işlər nazirinin müavini Şavarş Koçaryan bununla bağlı deyib ki, "əgər Azərbaycan geniş hərbi əməliyyatlara başlasa, onda biz "DQR"i tanıyacağıq" (bax: əvvəlki mənbəyə).
Deməli, ermənilərin kürkünə birəni Azərbaycan Ordusu salıb! Onlar bir tərəfdən ""qəhrəman" erməni ordusunun Azərbaycan Ordusunu geri oturtduğun"dan bəhs edir, digər tərəfdən isə "amandır, hücum etməyin", deyə yalvarırlar. Görünür, ermənilər odla oynadıqlarından çox narahatdırlar.
Münaqişəni dondurmaq taktikası: erməni rəhbərliyinin "axsaq ördəkləri"
Eyni zamanda, əsas odur ki, onlar haqsız olduqlarının fərqinə getdikcə daha çox varırlar. Bu səbəbdəndir ki, bəzən Ermine Naqdalyan kimiləri həqiqəti etiraf edərək, Qarabağın onlara aid olmadığını söyləyirlər. Yeri gəlmişkən, Ermənistan parlamentinin vitse-spikerini bu sözlərindən sonra bir sıra erməni ekspertləri "zəkasız qadın" deyə təhqir ediblər (bax: Наира Айрумян. Его могут пристрелить первым/"Lragir.am", 3 may 2016). Azərbaycanda antidemokratiya elementləri axtaran V.Akopyan kimiləri üçün, görünür, bu cür təhqirlər "qədim erməni demokratiyası"nın gözəl nümunələri sırasında öz şərəfli yerini tutmaqdadır. İnformasiya əsri də erməni siyasi şüurunu şovinizm, nifrət və primitivlik bataqlığından çıxara bilmir.
Bəli, "DQR"i tanımaq kimi sonu olmayan iddiadan bərk yapışmaqla rəsmi İrəvanın əsas məqsədi başqa incəliklə əlaqəlidir. Birincisi, Ermənistan hərbi cəhətdən Azərbaycandan çox zəif olduğunu dolayısı ilə etiraf edir. S.Sarkisyanın 3 generalı vəzifəsindən kənarlaşdırması bunun yalnız görünən tərəfidir. Hətta bir sıra erməni eksperti generalların ordunu kapitulyasiya vəziyyətinə gətirdiyini deyir və sual edir: "Niyə yalnız 3 generalı qovdular, onları hərbi tribunala vermədilər?" (bax: Игорь Мурадян. Чей проект "Восточное партнерство"/"Lragir.am", 2 may 2016).
İkincisi, artıq tam aydındır ki, dünyanın böyük dövlətləri Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həll olunmasını qəbul etmirlər. ATƏT-in Minsk qrupunun həmsədrləri bir ağızdan bu barədə danışıblar. Deməli, qalır sülh, danışıqlar yolu. Ermənistan bunun da qarşısına "DQR"i tanımaq, Ermənistanın təhlükəsizliyinə təminat tələb etmək, Azərbaycanın "aqressorluğu"nu açıq demək kimi cəfəng iddialar çıxarırsa, o, ümumiyyətlə, münaqişənin həll olunmasını istəmir. Burada da son məqsəd mövcud status-kvonu qoruyub saxlamaq, münaqişəni dondurmaq və gələcəkdə ermənilərə fayda verə biləcək uyğun zamanı gözləməkdir. Bu planın Ermənistandan kənarda hazırlandığını düşünməyə ciddi əsaslar vardır. Çünki münaqişəni dondurmağın ən yaxşı yol olduğunu deyənlərin kim olduğunu unutmamışıq.
Üçüncüsü, Ermənistan müxtəlif bəhanələrlə regionda qeyri-müəyyənlik yaratmağa çalışırsa, nəzərdə tutulan beynəlxalq layihələrin həyata keçməsinə maneçilik törətmək istəyir. Çünki İrəvan onların hamısından kənarda qalıb və bu vəziyyəti havadarları ilə birgə dəyişməyə çalışır. Azərbaycan "Şərq-Qərb dəhlizi", "Şimal-Cənub dəhlizi", "Yeni İpək Yolu" kimi dünya miqyaslı layihələrin aktiv iştirakçısı olaraq regional sabitliyə və təhlükəsizliyə qiymətli töhfələr verir. Enerji sahəsində Qərb üçün strateji əhəmiyyəti olan "Cənub Qaz Dəhli"zini, TAP və TANAP-ı reallaşdırır. Bütün bunların Avropanın geosiyasi xəritəsini ciddi surətdə dəyişəcəyini dünyanın əksər ekspertləri etiraf edirlər.
Ermənistan və ona havadarlıq edən bir sıra ölkələr məhz bu prosesin qarşısını almaq üçün məntiqsiz iddialar ortaya atırlar. "DQR"i tanımaq da birbaşa həmin kontekstlə bağlıdır. Azərbaycan tərəfinin buna cavabı çox məntiqi və layiqlidir. Rəsmi Bakı bəyan edib ki, "DQR"i Ermənistan tanısa, Minsk razılaşması qüvvədən düşmüş olacaq. Tamamilə hüquqi və əsaslı mövqedir. Çünki başda BMT olmaqla, bütün beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Dağlıq Qarabağ ərazisinin Azərbaycana məxsusluğu rəsmi sənədlərdə təsbit edilib. Minsk razılaşması da münaqişənin həlli üçün vasitəçilərin müəyyənləşdirilməsi, Azərbaycanın ərazi bütövlüyünün tanınmasına əsaslanır. İndi rəsmi İrəvan bunları heçə sayıb, qondarma bir qurumu tanımaq istəyirsə, Azərbaycan kiminlə danışıq aparsın?
Qalır bir yol – hərbi əməliyyatlarla təcavüzkarı işğal edilmiş torpaqlardan çıxarmaq! Həmin səbəbdən, qondarma "DQR"i kim tanıyır, yaxud tanımır, Azərbaycan üçün həlledici məqam deyil. Xankəndində bayrağımız dalğalananda hər kəs məcburən onun altından keçəcək. Həqiqət bundan ibarətdir!
Newtimes.az
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM