Strategiya.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Mingəçevir ŞPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 4-də şəhərdəki 2 saylı tam orta məktəbin inzibati binasından 6 ədəd kompyuter və 1 ədəd printer oğurlamış şəhər sakinləri Mirpaşa Qasımov və Rüfət Talıbov tutulublar.