Strategiya.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, qurum əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Gəncə şəhərində yaşayan Sahib Tağıyevə məxsus fərdi heyvandarlıq müəssisəsində Rusiya Federasiyası vətəndaşının azadlıqlarını məhdudlaşdırmaqla uzun müddət işləməyə məcbur edilməsi müəyyən olunub.
Faktla əlaqədar cinayət işi başlanıb.