“NATO hərbçilərinin müntəzəm olaraq Gürcüstan ərazisində peyda olması Cənubi Qafqaz regionunda hərbi-siyasi vəziyyəti şüurlu şəkildə laxlatmağa yönələn təxribatdır”, - məlumatda vurğulanıb.
Qeyd edək ki, “Noble Partner” hərbi təlimləri Gürcüstanda ikinci dəfə keçirilir. Gürcüstan müdafiə nazirliyinin məlumatına əsasən, təlimlərdə 500 Gürcüstan, 650 ABŞ və 150 Böyük Britaniya hərbçisi iştirak edəcək. Təlimlərə ABŞ-ın C-130 tipli hərbi təyyarələri cəlb olunacaq.//Virtualaz