ANAMA-dan Strategiya.az-a verilən məlumata görə, hesabat aşağıdakı kimidir:
Tərtər rayonu
Qarağacı kəndi - 3 ev və həyətyanı sahədə 4 partlayış yerinə baxış keçirilmiş, 17 000 kv. m ərazi təmizlənmış və partlamamış hərbi sursat aşkar edilməmişdir.
Hacıqərvənd kəndi - 2 ev və həyətyanı sahədə 2 partlayış yerinə baxış keçirilmiş, 5 300 kv. m ərazi təmizlənmış və partlamamış hərbi sursat aşkar edilməmişdir.
Qaynaq kəndi - 1 əkin sahəsində 4 partlayış yerinə baxış keçirilmiş, 950 kv. m ərazi təmizlənmişdir.
Cəmi: 5 ev və həyətyanı sahə, 1 əkin sahəsində 10 partlayış yeri aşkar edilmişdir və 23 250 kv. m ərazi təmizlənmişdir.
Füzuli rayonu
Şükürbəyli kəndi - 2 əkin sahəsində 2 partlayış yerinə baxış keçirilmiş, 430 kv. m ərazi təmizlənmışdir.
Cəmi: 2 əkin sahəsi, 2 partlayış yeri aşkar edilmiş və 430 kv. m ərazi təmizlənmışdir.
Ağdam rayonu
Qaradağlı kəndi - 3 ev və həyətyanı sahədə 3 partlayış yerinə baxış keçirilmiş, 7 000 kv. m ərazi təmizlənmışdır.
Cəmi: 3 ev və həyətyanı sahə, 3 partlayış yeri aşkar edilmiş, 7 000 kv. m ərazi təmizlənmişdir.
6 May 2016-cı il tarixində Agentlik tərəfindən 8 ev, 3 əkin sahəsi, 15 partlayış yeri yoxlanılmış, 30 680 kv. m ərazi təmizlənmişdir.
Ümumilikdə Agentlik tərəfindən 7 Aprel - 6 May 2016-cı il tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy, Tovuz, Samux, Şəmkir, Cəlilabad, Ucar rayonlarında və Bakı şəhərində 434 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbirstanlığı, 3 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 5 ferma, əkin sahələri və 1 çaxır zavodu ərazisinə baxış keçirilmiş, 1 414 ədəd partlamamış hərbi sursat, 11 ədəd piyada əleyhinə mina (PMN), 2 ədəd piyada əleyhinə POMZ-2 və 6 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilmişdır.
Hal-hazırda Agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.