APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə mayın 8-də axşam saatlarında şəhərin ikinci hissəsi adlanan ərazisində, 31 saylı orta məktəbin yaxınlığında qeydə alınıb.
Gəncə şəhər sakini, 28 yaşlı Rövşən Ələsgərov küçədə keçmiş həyat yoldaşı 23 yaşlı Səmra Həsənovaya çox saylı bıçaq zərbələri endirərək ağır yaralayıb. Qadın dərhal Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilsədə onun həyatını xilas etmək mümükün olmayıb.
Hüquq mühafizə orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində hadisə yerindən qaçan R. Ələsgərov saxlanılıb. Məlumata görə bir neçə il əvvəl boşanan R. Ələsgərovla S. Həsənovanın 2 azyaşlı oğlan övladları var.
Faktla hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.
***
Gəncədə qadın bədənin çoxsaylı kəsilmiş-deşilmiş yarası xəsarəti ilə xəstəxanaya yerləşdirilib.
APA-nın qərb bürosunun verdiyi məlumata görə şəhər sakini 1993-cü il təvəllüdlü Səmra Həsənova döş qəfəsinin çoxsaylı kəsilmiş deşilmiş yarası xəsarəti ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.
Əməliyyat edilən qadının vəziyyəti orta ağır kimi qiymətləndirilir. S. Həsənova küçədə gedən zaman yıxılaraq xəsarət aldığını desə də ona bıçaqla xəsarət yetirilməsi də ehtimal edilir.
Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Strategiya.az