Mayın 9-da Heydər Əliyev Mərkəzində xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü və faşizm üzərində Qələbənin 71 illiyi münasibətilə rəsmi qəbul təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak ediblər.
Faşizm üzərində Qələbə günü münasibətilə bütün Azərbaycan xalqını təbrik edən Prezident İlham Əliyev ölkəmizin Qələbənin əldə olunmasında həm ön, həm də arxa cəbhədə böyük rol oynadığını bildirdi.
Müharibə veteranlarına bir daha öz hörmətini ifadə edən Prezident İlham Əliyev builki Qələbə gününün xüsusi ruh yüksəkliyi ilə qeyd olunduğunu vurğuladı.
Ötən ayın əvvəlində qoşunların təmas xəttində təxribat törətməyə cəhd edən Ermənistan silahlı qüvvələrinə qarşı ordumuzun uğurlu əks-hücum əməliyyatı keçirdiyini və bu əməliyyat nəticəsində bəzi ərazilərin işğaldan azad edildiyini xatırladan dövlətimizin başçısı bu qələbə münasibətilə təbriklərini çatdırdı və dedi ki, aprel döyüşləri bir daha ordumuzun gücünü, xalqımızın həmrəyliyini nümayiş etdirdi.
Azərbaycanın öz tarixi keçmişinə böyük hörmətlə yanaşdığını bildirən dövlətimizin başçısı müstəqilliyimizin ilk illərində 9 May - Qələbə Gününün qeyd olunmadığını təəssüflə bildirdi və yalnız ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə gəlişindən sonra bu bayramın xalqa qaytarıldığını vurğuladı.
Sabah Ulu Öndərin anadan olmasının 93-cü ildönümünün qeyd ediləcəyini deyən Prezident İlham Əliyev Ümummilli Liderin Azərbaycan naminə gördüyü işlərdən danışdı, Heydər Əliyevin səyləri nəticəsində Azərbaycanın həm Sovet İttifaqı dövründə, həm də müstəqillik illərində inkişaf etdiyini xatırlatdı. Dövlətimizin başçısı Ulu Öndərin hakimiyyətdə olduğu illərdə hər zaman milli dəyərlərin, milli mədəniyyətin təbliğ olunduğunu və diqqət mərkəzində saxlanıldığını qeyd etdi.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yaranma səbəblərindən danışan Prezident İlham Əliyev bu münaqişənin süni şəkildə ortaya atılmış bir təxribat olduğunu və bu gün də Azərbaycanın bu təxribatın acı nəticələrini yaşadığını söylədi. Vurğuladı ki, Ümummilli Lider müstəqilliyin ilk illərində hakimiyyətdə olsaydı, Dağlıq Qarabağ münaqişəsi baş verməzdi.
Dövlətimizin başçısı 1990-cı illərin əvvəlində Azərbaycanda hökm sürən siyasi və iqtisadi böhrandan danışdı, Ulu Öndərin hakimiyyətə qayıdışından sonra Azərbaycanın dinamik inkişafa qədəm qoyduğunu, Azərbaycançılıq məfkurəsinin formalaşdığını, çoxmillətli, çoxkonfessiyalı cəmiyyətin inkişaf prosesinin başlandığını qeyd etdi. Bildirdi ki, Heydər Əliyev müstəqil Azərbaycanın banisidir.
“Azərbaycanda xalq-iqtidar birliyi inkişafımızın əsas şərti, sabitliyin əsas amilidir”, - deyən Prezident İlham Əliyev siyasətimizin mərkəzində Azərbaycan vətəndaşının, onun qayğılarının dayandığını bildirdi. Qeyd etdi ki, dünyadakı iqtisadi böhrana baxmayaraq, Azərbaycan bütün məsələlərin öhdəsindən uğurla gəlir. Çünki iqtisadiyyatın şaxələndirilməsi sahəsində siyasət davam edir, “Əsrin müqaviləsi” çərçivəsində aparılan işlər iqtisadi gücümüzü artırır. Neft-qaz sahəsində reallaşdırılan irimiqyaslı layihələri xatırladan dövlətimizin başçısı hazırda bu istiqamətdə əlavə tədbirlərin görüldüyünü qeyd etdi.
Prezident İlham Əliyev bildirdi ki, bu gün beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınan və fəaliyyətinə böyük rəğbətlə yanaşılan Azərbaycan mötəbər beynəlxalq tədbirlərin təşkilatçısıdır. Bu isə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasına xidmət edir. Çünki ölkəmizə gələn qonaqlar bu həqiqətləri öz gözləri ilə görürlər.
Gələcək inkişafla bağlı dəqiq proqramların mövcud olduğunu deyən Prezident İlham Əliyev indi əsas məsələnin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli olduğunu söylədi və bildirdi ki, bu istiqamətdə biz öz mövqeyimizi danışıqlar prosesində gücləndiririk.
Ermənistan ilə Azərbaycan arasında fərqin göz qabağında olduğunu bildirən dövlətimizin başçısı aprel döyüşlərinin Azərbaycan Ordusunun istənilən vəzifəni icra etməyə qadir olduğunu bir daha nümayiş etdirdiyini vurğuladı. Dövlətimizin başçısı çıxışını “Bu yol Heydər Əliyev yoludur. Biz bu yolla gedirik, gedəcəyik və Azərbaycan xalqının xoşbəxt gələcəyini təmin edəcəyik” fikri ilə yekunlaşdırdı.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM