"KANAL S" ( Region TV) xəbər verir ki, Ərciman kəndinin ərazisindən keçən Pirsaat çayında suyun səviyyəsi xeyli artıb. Nəticədə təsərrüfatlara ciddi ziyan dəyib. Sel suları sakinlərin əkin sahəsini yuyub aparıb, iri buynuzlu mal-qara tələf olub.
Kəndlərə gediş-gəlişdə də çətinliklər yaranıb. Xüsusilə də Ərciman kəndinə gedən yeganə yolun çaydan keçməsi nəticəsində kəndlə rayon mərkəzinin əlaqəsi kəsilib.
655-ə yaxın sakini olan kənddə hər il yağıntılar dövründə eyni hal yaşanır. Məsələnin yeganə çıxış yolu isə çayın üzərində körpünün tikilməsidir.