Xatırladaq ki, Tramp seçkiöncəsi ilk çıxışlarından birində müsəlmanların ABŞ-a daxil olmasına qadağa tətbiqini təklif etmişdi. Amerika prezidentliyinə namizəd həmçinin Londonda polislərin öz həyatlarına görə qorxduqları izafi dərəcədə radikallaşmış bölgələrin mövcudluğunu da diqqətə çatdırmışdı. Bu sözlərindən sonra Trampa qarşı Böyük Britaniyada ciddi kampaniyalara start verilmişdi.
«Əgər Tramp prezident seçilərsə, etiqad etdiyim dinin əsasları mənim oraya getməyimə izn vermir. Bu isə o deməkdir ki, mən Amerika şəhərlərinin merləri ilə əməkdaşlıq edə bilməyəcəyəm», - Sadiq Xan müsahibəsində belə deyib.