Bunu İranın neft nazirinin müavini, Milli Qaz Şirkətinin baş direktoru Həmidrza İraqi deyib.
Nazir müavini əlavə edib ki, hazırda İrandan Azərbaycana qazın nəql olunması ilə bağlı məsələlər müzakirə edilir: "İran və Azərbaycan bu sahədə əməkdaşlığı genişləndirəcək. Azərbaycan da İran kimi qaz hasil edən ölkədir. Bununla yanaşı, Azərbaycan İran üçün qonşu və qardaş ölkədir. İran qonşu ölkələrlə enerji sahəsində əməkdaşlıq etməkdə maraqlıdır. Regionda tutduğumuz mövqe və ehtiyatlarımız bizə imkan verir ki, qonşu ölkələrin qaza olan tələbatını ödəyək". (APA)