Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Strategiya.az-a verilən məlumata görə, mülayim cənub küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 11-15 , gündüz 20-24, Bakıda gecə 13-15, gündüz 22-24 dərəcə isti olacaq.
Sabah Azərbaycanın rayonlarında gündüz əsasən yağmursuz, lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-15 , gündüz 23-28, dağlarda gecə 5-10, gündüz 13-18 dərəcə isti olacaq.