Strategiya.az xəbər verir ki, TQDK-dan APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Komissiya cəbhə bölgəsində yaşayan şagirdlərin və abituriyentlərin problemlərinə həssaslıqla yanaşır. Təşkilatı məsələlərlə əlaqədar abituriyentlər və şagirdlər üçün uyğun şərait yaradılıb. Onların rahat şəkildə sənəd vermələri üçün cəbhəyanı ərazilərdə Səyyar Qəbul Komissiyaları təşkil olunub: "Amma biliyin qiymətləndirilməsində vahid yanaşma tələb olunur. Buna görə də biliyin qiymətləndirilməsində hər hansı güzəşt tətbiq edilə bilməz".