Müdafiə Nazirliyindən Strategiya.az-a verilən məlumata görə, bir neçə gün ərzində bütün sutka boyu ön xətdə olan əsgər və zabitlərlə görüşlər keçirən Qarabağ veteranları zabit və əsgərlərin döyüş hazırlığı, sosial-məişət şəraiti ilə yaxından tanış olduqdan sonra onlarla öz bilik və təcrübələrini bölüşüblər.
Görüşün əhəmiyyəti və nəticəsi kimi qərara alınıb ki, bu xarakterli görüşlər davam etdirilsin. Həm qrupda təmsil olunan iştrakçılar, həm də birləşmə və hərbi hissə komandanlığı tərəfindən birgə həyata keçirilmiş işlərin çox böyük mənəvi-psixoloji təsirinin olması qeyd edilib.
Qarabağ müharibəsinin iştrakçısı olan zabit və əsgərlər bundan sonra da böyük məmnuniyyətlə ön xətdə düşmənlə üz-üzə dayanmış şəxsi heyətlə mütəmadi görüşlərə hazır olduqlarını diqqətə çatdırıblar. Qarabağ Veteranları bundan sonra da ön xətdə düşmənlə üz-üzə dayanmış şəxsi heyətlə mütəmadi görüşlərə hazır olduqlarını diqqətə çatdırıblar.
Veteranlar bir daha əsgər və zabitlərimizin yüksək əhval-ruhiyyədə olmasının canlı şahidi olub və onların hər an verilən tapşırıqları yerinə yetirməyə hazır olduqlarına əmin olduqlarını qeyd ediblər: "Biz, Qarabağ müharibəsinin Veteranları, bizə yaradılan hər cür şəraitə görə cənab müdafiə nazirmiz general-polkovnik Zakir Həsənova öz dərin minnətdarlığımızı bildiririk. Eyni zamanda bəyan edirik ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin torpaqlarımızın erməni işğalçılarından təmizlənməsi üçün verəcəyi əmr və göstərişlərə hər an hazırıq və üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirəcəyik. Əmrinizi gözləyirik, cənab Ali Baş Komandan!! Vətənimiz Azərbaycana və onun Silahlı Qüvvələrinə eşq olsun!"