Azərbaycan Dövlət Musiqili Teatrı Amerika Mədəniyyət Günləri çərçivəsində Amerika Birləşmiş Ştatlarının məşhur “Company-E” şirkəti ilə ortaq layihə kimi “Brodvey” proqramının Azərbaycan versiyasının təqdimatına hazırlaşır. Dövlət Musiqili Teatrının Mətbuat katibi Samir Sədaqətoğlu Strategiya.az-a bildirib ki, layihə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və ABŞ-ın ölkəmizdəki səfirliyinin təşkilati dəstəyi ilə baş tutacaq. “Company-E” şirkətinin əməkdaşları ilə Dövlət Musiqili Teatrı kollektivinin – xor, balet truppasının, orkestr və aktyor heyətinin birgə məşqləri uğurla davam edir. “Company-E” komandasının üzvləri - Pol Qordon Emerson (produser), Amikaelya Qaston (produser, aparıcı ifaçı və vokalist, xor və vokal üzrə direktor), Qavin Stevart (rəqqas, ifaçı və dirijor, məşğələlər üzrə direktor), Vanessa Oven (rəqqas və ifaçı, məşğələlər üzrə direktor), Abi Lishart (rəqqas və ifaçı, məşğələlər üzrə direktor), Tami Hol (musiqi qrupu rəhbəri və dirijor), Robert Priori (xoreoqraf, rəqqas, müəllim), Kyoko Ruş (rəqqas) və Diana Amalfitano (rəqqas) imkan düşdükcə Bakının müxtəlif məkanlarına baş çəkir, heyranlıqlarını gizlədə bilmirlər.
Pol Qordon Emerson (produser): İlk təəssüratımı belə ifadə edə bilərəm: Azərbaycan möcüzələr ölkəsidir. Biz vaxt tapdıqca paytaxt Bakının gəzməli-görməli yerlərinə baş çəkirik. Əsl meqapolis – bu, elə Bakı deməkdir. Xüsusi ilə Bakının gecə görüntüsü ecazkardır. Mən son vaxtlar dünyanın heç bir yerində bu qədər təəccüblənməmişdim. Musiqili Teatr isə Bakının mərkəzində reallaşdırılmış fantastikadır. Biz teatrın binası ilə tanış olarkən teatrın direktoru Əliqismət Lalayev məlumat verdi ki, bina ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə təmir olunduqdan sonra bu cür möhtəşəm olub. Tam səmimi deyirəm: mən Musiqili Teatrın binasına, burada yaradılmış şəraitə, yaradıcı mühitə sadəcə heyran oldum. Hətta Əliqismət Lalayevə qalıb burada işləmək istədiyimi bildirdim. O isə mənə “Layihəni təhvil verin, sonra bu haqda danışarıq”, - deyə gülüb cavab verdi.
Amikaelya Qaston (produser, aparıcı ifaçı və vokalist, xor və vokal üzrə direktor): Adamda artıq hava limanında Azərbaycan haqqında ilk fikir formalaşır: bura inkişaf etmiş bir ölkədir. Bakının isə səmimiyyətimə inanın, dünyada bənzəri yoxdu. Burda olmağımdan çox məmnunam. Bakının unikal cəhətlərindən biri də Musiqili Teatr kimi möhtəşəm bir sənət məbədinə sahib olmasıdır. Bizim kollektiv mədəni layihələrlə dünyanın bir çox ölkələrində çıxış edib. Tam məsuliyyəti ilə deyirəm: məhz sizin Musiqili Teatrın səhnəsi indiyə qədər ki, karyeramda ifa edəcəyim ən müasir, ən möhtəşəm səhnə olacaq.
Qavin Stevart (rəqqas, ifaçı və dirijor, məşğələlər üzrə direktor): Bu mənim qəti qənaətimdir: Azərbaycan xalqının ən böyük özəlliklərindən biri onun
qonaqpərvərliyidir. İnsanların mehribanlığı, istiqanlılığı adamı sadəcə məftun edir. Bakı isə başqa bir dünyadır. Dünyada Bakı kimi şəhərlər çox azdır. Burada tarixlə müasirlik vəhdətdədir. Qədim və müasir binalar sanki bir-birlərinin davamı, ardıcılıdır. Musiqili Teatr haqqında isə qısaca olaraq belə deyə bilərəm: elə bil biz cənnətdəyik. Belə bir məkanda işləmək insana xüsusi zövq verir. Teatrın kollektivi isə öz professionallığı ilə heyrət doğurur. Dünyanın bir çox ölkələrində olmuşam, bir çox kollektivlərlə işləmişəm. Sizin Musiqili Teatrın kollektivi iş prosesində özümü rahat, arxayın hiss etdiyim azsaylı kollektivlərdəndir. Sanki uzun illərdir ki, bir yerdə işləyirik.
Qeyd edək ki, Amerika Birləşmiş Ştatlarının “Company-E” musiqi şirkəti 2011-ci ildən dünyanın bir çox ölkələrində müxtəlif mədəni layihələrlə çıxış edir. “Company-E”-nin Dövlət Musiqili Teatrının kollektivi ilə birgə hazıladığı “Brodvey” layihəsi 14 may saat 19.00-da, 15 may saat 16.00-da geniş tamaşaçı kütləsinə təqdim olunacaq. Giriş sərbəstdir.
Strategiya.az
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM