Mahaçqalada Əziz Əliyevin abidəsinin açılış mərasimi olub (VİDEO)

15:31 / 12.05.2016

Strategiya.az RTV-yə (Region TV) istinadən xəbər verir ki, Rusiya Federasiyasının Dağıstan Respublikasının paytaxtı Mahaçqala şəhərində görkəmli dövlət xadimi, vaxtilə Dağıstan Vilayət Partiya Komitəsinin birinci katibi işləmiş Əziz Əliyevin abidəsinin açılış mərasimi olub.  

RTV-nin Dağıstan Respublikasına ezam olanunan müxbirinin verdiyi məlumata görə, tədbirdə Rusiya Federasiyası Dağıstan Respublikasının və Azərbaycan Respublikasının rəsmi şəxsləri, habelə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu iştirak ediblər.

Mahaçqala şəhərində Əziz Əliyevin adını daşıyan küçədə ucaldılan abidənin üzərindəki örtük alqış sədaları altında götürülüb. Sonra Rusiya Federasiyası Dövlət Dumasının Beynəlxalq məsələlər komitəsinin sədri Konstantin Kosaçev çıxış edərək Rusiya və Azərbaycan arasındakı möhkəm dostluq münasibətlərindən və daim inkişaf edən qarşılıqlı əməkdaşlıqdan danışıb.

Əlamətdar hadisə münasibətilə mərasim iştirakçılarını təbrik edən Dağıstan Respublikasının prezidenti Ramazan Abdulatipov bildirib ki, Əziz Əliyev özünün çoxşaxəli fəaliyyəti, humanizmi və qayğıkeşliyi sayəsində Dağıstan və Azərbaycan xalqlarının sarsılmaz dostluğunun rəmzinə çevrilib.

Azərbaycan Respublikası baş nazirinin birinci müavini Yaqub Eyyubov iki respublika arasında mövcud dostluq-qardaşlıq əlaqələrindən danışıb, bu münasibətlərin formalaşmasında Əziz Əliyevin rolunu xüsusi qeyd edib. Bildirilib ki, çətin bir dövrdə Dağıstanın rəhbəri kimi son dərəcə məsuliyyətli vəzifənin öhdəsindən uğurla gələn Əziz Əliyev xalqlarımız arasında dostluğun daha da möhkəmlənməsi naminə əhəmiyyətli addımlar atıb. Görkəmli dövlət xadimi və siyasi xadim Əziz Əliyev müxtəlif illərdə Azərbaycan SSR xalq səhiyyə komissarı, Azərbaycan SSR Ali Sovetinin sədri, ÜK(b)P Dağıstan Vilayət Komitəsinin birinci katibi olub.

Vurğulanıb ki, Mahaçqala şəhərində Əziz Əliyevin abidəsinin qoyulması Azərbaycan və Rusiya arasında səmimi dostluq münasibətlərinin yüksək səviyyədə olmasını bir daha nümayiş etdirir.

Mərasimdə Azərbaycan və Dağıstan xalqları arasındakı dostluq münasibətlərindən danışan natiqlər, bu sahədə ümummilli lider Heydər Əliyevin müstəsna xidmətlərini qeyd ediblər. Bildirilib ki, əsası uzun illər öncə qoyulan dostluq əlaqələri ulu öndər Heydər Əliyevin sayəsində daha da möhkəmləndirilib və bu siyasət Azərbaycan Respublikasının prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Əziz Əliyevin oğlu, Milli Onkologiya Mərkəzinin baş direktoru, akademik Cəmil Əliyev Mahaçqala şəhərində ucaldılan abidənin iki qardaş xalq arasında dostluğu simvolizə etdiyini vurğulayaraq, bu işdə əməyi olanlara təşəkkür edib.

Açılış mərasimində çıxış edən Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev məlumat verib ki, Əziz Əliyevin abidəsinin ucaldılması ilə yanaşı, onun adını daşıyan küçədə yerləşən Mahaçqala şəhər 5 saylı uşaq incəsənət məktəbinin binası da əsaslı təmir olunub.

Çıxışlarda bildirilib ki, Azərbaycanda qardaş Dağıstan Respublikasının görkəmli şəxsiyyətlərinə həmişə böyük ehtiram göstərilir. Xaçmaz şəhərində xalqlarımızın qardaşlıq münasibətlərini əks etdirən Xaçmaz-Dərbənd dostluq abidəsi və Xalqlar dostluğu muzeyi yaradılıb. 

Görkəmli dövlət xadimi Əziz Əliyevin Mahaçqala şəhərində ucaldılan abidəsinin müəllifi heykəltəraş Ömər Eldarovdur.



Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM