Strategiya.az bildirir ki, bunu Trend-ə Azərbaycan Turizm Assosiasiyasının (AzTA) sədri Nahid Bağırov deyib.
Onun sözlərinə görə, bu yay Azərbaycana turistlərin əsasən Rusiyadan, ərəb ölkələrindən cəlb edilməsi üçün işlər aparılır: "Biz bu istiqamətdə ölkəyə çoxlu sayda turist cəlb edirik. Ərəb ölkələrində yayda hava çox isti keçir. Bu müddətdə ərəb ölkələrində yaşayanlar havası daha normal olan başqa ölkələrə getməyə çalışırlar. Biz bu yay aylarında ərəb ölkələrindən turistləri Azərbaycana cəlb etməyi nəzərdə tuturuq".
N.Bağırov deyib ki, rusiyalı turistlər müəyyən proseslərə görə, daha çox istirahət etdikləri Misirə, Türkiyəyə, bəzi Avropa ölkələrinə artıq gedə bilmirlər: "Rusiya üçün öz vətəndaşlarının Rusiya daxilində istirahət etməsi prioritetdir, onlar Socidə istirahət etməyə böyük üstünlük verirlər. Amma bütün Rusiya vətəndaşları, təbii ki, istirahət etmək üçün Sociyə yerləşə bilməz. Bu baxımdan rusiyalı turistlərin bir hissəsi istirahət etmək üçün Azərbaycana gələcək".
Bu gün Azərbaycanın Ukrayna, Qazaxıstan, Türkiyə vətəndaşları üçün turizm baxımından prioritet olduğunu deyən N.Bağırov sadalanan ölkələrin, eləcə də Rusiyanın turistlərinin Azərbaycana maraq göstərdiklərini açıqlayıb.
İrandan da Azərbaycana çox sayda turistin gəldiyini söyləyən assosiasiya sədri əlavə edib ki, bu gün Azərbaycan qiymət baxımından istirahət etmək üçün çox sərfəli ölkədir.
Xaricdən Azərbaycana gələn turistlərin də bu qənaətdə olduqlarını deyən assosiasiya sədri deyib ki, manatın devalvasiyasından sonra xaricdən Azərbaycana gələn turistlər ödənişlərini dollarla həyata keçirdiklərindən ölkəmizdəki xidmətlərin qiymətləri onlara çox ucuz başa gəlir: "Məsələn, Azərbaycanda ən populyar olan "Four Seasons Baku" otelində 1 günlük qalmaq təqribən 160 dollara başa gəlir. Dünyada "Four seasons" oteli üçün bu qiymət yoxdur. Eyni hal digər 5 ulduzlu brend otellərə də aiddir. Dünyada 5 ulduzlu brend otellərdə qalmaq xərci çox yüksəkdir. Ancaq Azərbaycanda manatın məzənnəsinin dəyişməsi ilə əlaqədar ölkəyə gələn turistlər üçün əlverişli vəziyyət yaranıb".
AzTA sədri deyib ki, bu əlverişli vəziyyət yalnız qalmaq deyil, həm də qidalanma xərcləri ilə də bağlıdır: "Manatın məzənnəsinin dollara nisbətən enməsindən sonra bəzi restoranlar qiymətləri bahalaşdırdılar. Amma bu da 10-15 faizdən yüksək olmadı. Bu gün xarici turistə dollarla nəyi isə ödəmək çox ucuz, əlverişlidir".
N.Bağırovun sözlərinə görə, Azərbaycan bir sıra ölkələr üçün viza rejimini ləğv edib, bəzi Fars körfəzi ölkələri və Çin, Yaponiya, Koreya, Malayziya, Sinqapurdan ölkəmizə gələn turistlər üçün isə viza rejimi sadələşdirilib.
Assosiasiya sədri qeyd edib ki, bu güzəştlər Avropadan gələn turistlərə şamil olunmasa da, onlara vizanın verilməsi onlayn rejimdə həyata keçirilir. Artıq elektron vizalar turistlərə 5 iş günü müddətində verilir.
Strategiya.az
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM