Strategiya.az bildirir ki, Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, apellyasiya şikayətinə hakim Əmir Bayramovun sədrliyi ilə baxılacaq. Məhkəmə iclası mayın 17-nə təyin edilib.
Qeyd edək ki, hadisə Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, 81 ünvanında baş verib. İzzət Hüseynov aralarında yaranan münaqişə zəminində sevdiyi qızı - 1998-ci il təvəllüdlü Aytac Babayevanı bıçaqlayaraq qətlə yetirib. İzzət Hüseynov hadisənin baş verdiyi yerin yaxınlığında yerləşən kişi salonunda usta kimi işləyib. Aytac Babayeva isə Xətai rayonu ərazisində yerləşən 58 saylı orta məktəbin 11-ci sinif şagirdi olub
Törətdiyi cinayət əməlinə görə, İ.Hüseynov Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
İ.Hüseynov Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 noyabr 2015-ci il tarixli hökmü ilə 20 il müddətinə azadlıqdan məhrum edilib. Mərhum A.Babayevanın anası isə oğlunun qatilinə ömürlük həbs cəzası verilməsini istəyib.