Mayın 15-də Qəbələ şəhərində Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin 4-cü üçtərəfli görüşü başayıb.
Stategiya.az bildirir ki, mayın 15-də Azərbaycan, Gürcüstan və Türkiyənin Müdafiə nazirləri general-polkovnik Zakir Həsənov, xanım Tinatin Xidaşeli və cənab İsmət Yılmaz Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlarımızın məzarlarını və Qəbələ şəhərinin mərkəzində ucaldılmış Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin abidəsini ziyarət edərək önlərinə gül dəstələri qoyublar.
Sonra Müdafiə nazirləri danışıqlar aparılması üçün Heydər Əliyev Konqres Mərkəzinə yollanıblar.