ANAMA-dan Strategiya.az-a verilən məlumata görə, hesabatda bildirilir:
Tərtər rayonu
Əskipara kəndi - 2 ev və həyətyanı sahədə 2 şübhəli əraziyə baxış keçirilmişdir. Şübhəli ərazilər müvafiq olaraq 180 və 50 sm dərinliyində qazılmış və orada partlamış sursatın qalıqları aşkar edilmişdir. Təhlükəsizlik tədbirlərini nəzərə alaraq 7 500 kv. m. ərazi yoxlanılmışıdır.
Cəmilli kəndi - 1 əkin sahəsinə və 2 taxıl sahəsinə baxış keçrilmiş, partlamamış sursat aşkar edilməmişdir. Təhlükəsizlik tədbirlərini nəzərə alaraq 6500 kv. m ərazi yoxlanılmışdır. Ərazidə əməliyyat növbəti gün də davam etdiriləcəkdir.
Qaynaq kəndi - 2 otlaq sahəsinə baxış keçrilmiş, 1 ədəd 122 mm-lik top mərmisi olmaqla ümumilikdə 2 ədəd Top mərmisi partlamış halda aşkar edilmişdir. Təhlükəsizlik tədbirlərini nəzərə alaraq 1 100 kv. m ərazi yoxlanılmışıdır.
Cəmi: 2 ev və həyətyanı sahəyə, 1 əkin sahəsinə, 2 otlaq və 2 taxıl sahəsinə baxış keçrilmiş, partlamamış hərbi sursat aşkar edilməmiş, 15 100 kv.m ərazi qəlpə və digər çirklənmədən təmizlənmişdir.
Füzuli rayonu
Şükürbəyli kəndi - 2 otlaq sahəsinə baxış keçrilmiş, 1 m dərinlikdən 2 ədəd BR-21 raketinin partlamış qalıqları aşkarlanmış, nəticə etibarı ilə 605 kv. m ərazi qəlpə və digər çirklənmədən təmizlənmişdir.
Cəmi: 2 otlaq sahəsi, 2 partlayış yeri aşkar edilmiş və nəticə etibarilə 605 kv. m ərazi təmizlənmışdir.
15 May tarixində 2 ev və həyətyanı sahədə, 4 otlaq sahəsi, 1 əkin sahəsi və 2 taxıl sahəsi də daxil olmaqla 9 partlayış yerinə baxış keçirilmiş, gün ərzində 15 705 kv. m ərazi təmizlənmişdir.
Ümumilikdə Agentlik tərəfindən 7 Aprel - 15 May 2016-cı il tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy, Tovuz, Samux, Şəmkir, Cəlilabad, Ucar rayonlarında və Bakı şəhərində 482 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbiristanlığı, 3 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 14 ferma, əkin sahələri və 1 çaxır zavodu ərazisinə baxış keçirilmiş, 1 420 ədəd partlamamış hərbi sursat, 11 ədəd piyada əleyhinə mina (PMN), 2 ədəd piyada əleyhinə POMZ-2 və 6 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilmişdır.
Hal-hazırda Agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.