XİN ermənilərin Azərbaycanın mülki şəxsləri və obyektlərini fosforlu mərmi ilə atəşə tutmasına dair bəyanat verib

14:40 / 17.05.2016

“Bu il aprelin 2-dən etibarən Ermənistan silahlı qüvvələri qəsdən və intensiv olaraq, Azərbaycanın mülki əhalisini və mülki obyektlərini ağır artilleriya və iri çaplı silahlardan atəşə tutmaqla bərabər, ağ fosfor kimi kimyəvi tərkibə malik olan mərmilərdən də istifadə edib”.

 Strategiya.az-ın xəbərinə görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki şəxsləri və obyektlərini fosforlu mərmidən atəşə tutmasına dair bəyanatında bildirilib.  Bəyanatda qeyd olunub ki, belə mərmilərdən istifadə olunması faktını onlardan birinin Azərbaycanın Tərtər rayonunun Əskipara kəndi ərazisinə atılması və təsadüfən ilkin hədəfdən yayınaraq becərilən pambıq tarlasına düşməsi nəticəsində Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) mayın 10-da aşkarlayıb. Mərmi Əskipara kəndinin əhalinin sıx məskunlaşdığı ərazisinə düşsəydi, çoxsaylı insan tələfatı və yaralanması ilə nəticələnə bilərdi.

 

“Azərbaycanda akkreditə olunan xarici ölkələrin səfirliklərinin hərbi attaşeləri Ermənistan tərəfindən azərbaycanlı mülki əhaliyə qarşı bu tipli silahdan istifadə olunması faktına dair dərhal məlumatlandırıldı. Əskipara kəndinə səfər zamanı 13 ölkədən 20 nümayəndə və hərbi attaşe, eləcə də ATƏT-in Minsk Konfransı tərəfindən münaqişə ilə məşğul olan ATƏT-in fəaliyyətdə olan sədrinin Şəxsi Nümayəndəsinin səhra köməkçilərinin iştirakı ilə müşahidə edildi və sənədləşdirildi. Araşdırma nəticəsində aşkar edildi ki, Ermənistan silahlı qüvvələri tərəfindən atılan sursat D-4 (tüstülü mərmi) tipli 122 millimetrlik top mərmisidir. Daxilində 3,6 kiloqram P-4 (ağ fosforun kimyəvi kodu) tərkibli maddə olan mərminin ümumi çəkisi 27.07 kq-dır” – deyə bəyanatda qeyd edilib.

 

XİN bildirir ki, Hərbi Prokurorluğunun xüsusi istintaq şöbəsinin əməkdaşları mərminin tapıldığı ərazini təftiş ediblər. Fakt üzrə Cinayət Məcəlləsinin 29,120.2.7 (iki və daha çox şəxsi öldürməyə cəhd etmə), 29,120.2.12 (milli, irqi, dini ədavət və düşmənçilik niyyəti ilə adam öldürməyə cəhd etmə) və 116.0.16-cı (Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrlə qadağan edilmiş silahları, müharibə vasitələrini və üsullarını silahlı münaqişələrdə tətbiq etmə) maddələri ilə cinayət işi başlanıb, ibtidai istintaq davam etdirilir: “Şahid ifadələri, hala dair şəkillər, mərminin zərərsizləşdirilməsinə dair video görüntülər (sıx ağ tüstülü partlayış) (videoya bu keçiddən baxmaq olar: http://mod.gov.az/index2.php?content=news/2016/20160511_attasecebhe) həmçinin atəşin trayektoriyası və digər təqdim edilən çoxsaylı sübut təsdiq edir ki, Ermənistana məxsus sursat ağ fosfor mərmisidir və Ermənistan silahlı qüvvələrinin yaxınlıqda yerləşən mövqelərindən atılıb. Tərkibində ağ fosfor olan silahlar tənəffüs və həzm yolu ilə orqanizmə daxil olduqda və ya yanmış nahiyələr vasitəsilə sovrulduqda həddən ziyadə zəhərləyici xüsusiyyətə malikdir və insanın sağlamlığı üçün ağır fəsadlar törədə bilər. Belə silahlar dəri ilə təmasda olduqda hətta bəzən sümüyə qədər nüfuz etməklə ağır, qismən və ya tam dərin yanığa və kimyəvi yanıqlara səbəb olur. Dəri vasitəsilə sovrulmuş fosfor insan bədənində kifayət qədər uzun müddət qala bilir və ürək, böyrək, qara ciyərin zədələnməsi, bir sıra daxili orqanların çatışmazlığı və yaxud ölümlə nəticələnir”.

 

XİN bildirir ki, beynəlxalq humanitar hüquqa görə, mülki əhali və yaxud mülki obyektlərə, meşələrə və ya digər əkin sahələrinə (Əskipara kəndindəki becərilən sahə kimi) ağ fosforlu silahlardan atəş açmaq BMT-nin 1980-ci il "Adi silahların konkret növləri haqqında konvensiya"nın Alışdırıcı Silahların İstifadəsi haqqında Qadağalar və ya Məhdudiyyətlərə dair III Protokolu ilə qadağan edilir.

 

Ermənistan Azərbaycanın mülki obyektlərini qəsdən hədəf alaraq yüksək partlayıcı gücə malik ağ fosfor maddəsi istifadə etməklə, 1949-cu il Cenevrə Konvensiyalarını, xüsusilə Dördüncü Cenevrə Konvensiyasında təsbit olunan beynəlxalq humanitar və insan haqları hüququ üzrə üzərinə götürdüyü öhdəlikləri kobud şəkildə pozur.

 

Ağ fosfor tərkibli silahları həmçinin, Ermənistanın da 2004-cü ildə qoşulduğu 1997-ci il Terrorçu partlayışlara qarşı mübarizəyə dair Beynəlxalq Konvensiyasına əsasən “alışdırıcı silahlar və ya qurğular” kimi də təsnif edilər bilər. Konvensiya hər hansı “layihələndirilmiş və ya bu imkanlara malik ölümlə nəticələnən, ciddi bədən xəsarəti və yaxud sağlamlığa ciddi ziyan vuran partlayıcı və ya alışdırıcı silah və ya qurğu”, yaxud da zəhərli kimyəvi, bioloji agentlər, toksinlər və ya radiasiya təsiri yaradan silaha tətbiq edilir. 

 

Ermənistan Respublikasının bir dövlət kimi beynəlxalq səviyyədə qanunsuz əməllərinə görə daşıdığı məsuliyyəti ilə yanaşı, Ermənistan tərəfindən münaqişə dövründə beynəlxalq humanitar və insan haqları hüququnun pozulması beynəlxalq cinayət hüququna görə cinayət kimi tövsif olunur.

 

Azərbaycan Respublikası beynəlxalq ictimaiyyəti beynəlxalq hüququ kobud pozduğuna görə Ermənistanı qınamağa çağırır.

 

XİN-in saytında Ermənistan silahlı qüvvələrinin istifadə etdiyi ağ fosfor mərmisi haqqında məlumat da yerləşdirilib:

Növ: D-4 Ağ fosfor mərmisi

Partladıcı: RGM-2

Rəngi: xaki və ya boz

Gövdəsi: Metal

Təyinatı: Tüstülü

İçindəki maddə: 3.6 kg P-4 (kimyəvi kodu) ağ və ya sarı fosfor

Partlayıcı çəkisi: 0.145 kg TNT (trotil)

Çapı: 122 mm

Hündürlüyü: 496.6 mm


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM