Strategiya.az Daxili İşlər nazirliyinin saytına istinadən xəbər verir ki, Masallı RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 16-da rayon sakini 77 yaşlı Ə.Hüseynov barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyib ondan 1400 manat pul almış Cəlilabad rayon sakini A.Şahbazova tutulub.