Strategiya.az-ın DİN-in saytına istinadən verdiyi məlumata görə, mayın 17-də Şəki şəhər sakinləri Çingiz Sadıqov və Tehran Lətifov Oğuz şosesinin kənarında yerləşən anbarda xüsusi avadanlıqlardan istifadə etməklə küllü miqdarda (16023 manat dəyərində) mənşəyi bilinməyən bitkilərdən 53410 qutu aksiz markası və lisenziyası olmayan “Prima” markalı tütün məmulatı hazırlayaraq, tarixi, çeşidi, istehsal olunduğu ölkə, standartı və texniki göstəriciləri barədə yalnış məlumatlar verməklə həmin tütün məmulatlarının 1600 ədəd qutusunu 480 manata satıblar.
Şəki ŞRPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Çingiz Sadıqov və Tehran Lətifov saxlanılıb. Onlara məxsus emalatxanaya baxış zamanı əlavə olaraq 51810 ədəd “Prima” markalı tütün məmulatı aşkar edilərək götürülüb.
Faktla əlaqədar cinayət işi başlanıb.