Milli Məclisin vitse-spikeri, Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Bahar Muradova Trend-ə bildirib ki, K.Vigenin mayın 27-si səhər Azərbaycana gələcək, 28-də isə geri qayıdacaq.
Bir gün davam edəcək səfər cərçivəsində K.Vigeninin Azərbaycan Prezidenti İlham Əliyevlə və Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyəti ilə görüşünün keçirilməsi nəzərdə tutulur. K.Vigeninin Milli Məclisdə, Xarici İşlər Nazirliyində də görüşünün keçirilməsi planlaşdırılır: "Onun üçün ən yüksək səviyyədə görüş proqramı tərtib olunub. Bu görüşlərin də keçirilməsi vacibdir. Çünki danışıqlar prosesi başlayıbsa, ATƏT-in Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsinin də ATƏT Parlament Assambleyası səviyyəsində bu məsələlərə öz töhfəsi ola bilər. Ona görə də yəqin ki, müxtəlif səviyyələrdə görüşlər olacaq".
K.Vigeninin təmas xəttindəki son hadisələrdən sonra vəziyyətlə yerində tanış olmaq üçün həmin ərazilərə səfər edib-etməyəcəyinə gəldikdə, B.Muradova qeyd edib ki, hələlik bu, proqramda nəzərdə tutulmayıb.
Vitse-spikerin sözlərinə görə, təmas xəttində baş verən hadisələrlə bağlı K.Vigenini məlumatlandırıblar: "Həm də Almaniyada keçirilən tədbirlər zamanı onunla görüşümüz olub və bu barədə danışmışıq. O özü də bu barədə müxtəlif mənbələrdən məlumat alır. Bu səfərində də onun diqqətinə yenidən həmin məsələləri çatdıracağıq".
Strategiya.az