Strategiya.az xəbər verir, Trend-in BELTA-ya istinadən verdiyi məlumata görə, bunu A.Lukaşenko MDB ölkələrinin Təhlükəsizlik və xüsusi xidmət orqanlarının rəhbərləri Şurasının 40-cı iclasında nümayəndə heyətlərinin başçıları ilə görüşdə deyib.
Prezident bildirib ki, bu, hazırda MDB-nin "xəstələndiyi" problemləri - Dnestryanıda, Dağlıq Qarabağda, Ukrayndakı vəziyyəti - daha açıq müzakirə etmək üçün imkandır: "Əgər bunları görməsək, həmin xəstəlikləri müalicə etməsək, onları dərinləşdirəcəyik. MDB bu və ya digər məsələlər üzrə dialoqa can atmalıdır".