Strategiya.az Müdafiə Nazirliyinin saytına istinadən b ildirir ki, mayın 19-da saat 13:20 radələrində cəbhənin Ağdam istiqamətində kəşfiyyat xarakterli uçuş aparan Ermənistan silahlı qüvvələrinə məxsus "X-55" tipli PUA erməni bölmələri tərəfindən növbəti dəfə səhvən vurulub.
PUA-nın ermənilərin mövqelərinə yaxın əraziyə düşdüyü bölmələrimiz tərəfindən müşahidə olunub.
Qeyd edək ki, bu, son həftə ərzində düşmən hərbi qulluqçularının qeyri-peşəkarlığı nəticəsində səhvən vurulan ikinci "X-55" tipli PUA-dır.