Elman Nəsirli: “Beynəlxalq birlik Azərbaycanın öz gücü hesabına 8 yüksəkliyi geri alması faktını qəbul etdi”
Mayın 16-da Vyanada ABŞ-ın dövlət katibi Con Kerri, Rusiyanın xarici işlər naziri Sergey Lavrov, Fransanın Avropa məsələləri üzrə dövlət katibi Harlem Desir, ATƏT-in Minsk qrupunun həmsədrləri, ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi Anji Kaspşikin iştirakı ilə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü keçirilib. Görüşlə bağlı müxtəlif fikirlər dolaşmaqdadır. Bəs, Vyana görüşü pozitiv hesab edilə bilərmi? Əgər pozitiv hesab edilərsə, hansı aspektlərdən hesab edilə bilər? Bu sualla müraciət etdiyimiz Milli Məclisin deputatı, siyasi şərhçi Elman Nəsirli bildirib ki, Vyana görüşü Azərbaycan üçün bir neçə istiqamət üzrə pozitivdir: “Birincisi ona görə ki, aprel döyüşlərindən sonra yaranmış yeni şəraitdə Azərbaycan diktə edən tərəfdir. Yəni, Azərbaycan danışıqlara getməyə hazır olduğunu bəyan etdi və danışıqlara getdi. Ermənistan prezidenti isə danışıqlardan imtina etdi, lakin danışıqlara məcbur edildi və danışıqlara göndərildi”. E.Nəsirlinin sözlərinə görə, ikinci reallıq isə ondan ibarətdir ki, danışıqların keçirildiyi gün, mayın 16-ı, danışıqlardan bir neçə saat öncə Ermənistan parlamenti qondarma “DQR”in tanınmasından imtina edən bir mövqe irəli sürdü: “Bu da bir daha təsdiqləyir ki, Ermənistan tərəfi təzyiq altındadır və o, danışıqlara getməyə məcburdur”. Üçüncü məqamın nədən ibarət olmasına aydınlıq gətirən müsahibimiz deyib: “Ermənistan prezidenti aprel döyüşlərində ordusunun qalib gəlməsindən danışırdısa, Vyanadan qayıdarkən təyyarədə verdiyi müsahibə zamanı qeyd etdi ki, onun ölkəsinin silahlı qüvvələri öz vəzifəsini yerinə yetirib. Ardınca isə Serj Sərkisyan bildirdi ki, Azərbaycan 800 hektar ərazini geri alıb. Yəni, faktiki olaraq belə çıxır ki, Sərkisyanın əsgərləri həmin 800 hektarı geri qaytarmaq vəzifəsini yerinə yetirib. Bu da məğlub davranışın bir nəticəsidir”. E.Nəsirli dördüncü məqama toxunarkən qeyd edib ki, tərəflərin danışıqların gedişi zamanı atəşkəsə əməl etməklə bağlı razılaşmalarının mənası fərqlidir: “Yəni, aprel döyüşlərinə qədər atəşkəsə əməl etmək bir məna daşıyıb və bu, daha çox status-kvo vəziyyətinin dondurulmasına xidmət edib. Aprel döyüşlərindən sonra isə artıq bu mənanı daşımır. Artıq o, iyun ayında prezidentlər səviyyəsində növbəti görüşün keçirilməsi üçün bir münbit şəraitin, sakitliyin və sabitliyin təmin edilməsi mənası daşıyır. Yəni, bunlar tamamilə fərqli məsələlərdir. Ona görə də mənim mövqeyim bundan ibarətdir ki, Vyana danışıqları əslində yeni şəraitdə Azərbaycanın üstün mövqeyinin ifadəsidir. İyun ayına qədərki dövrü isə biz pauza deyil, strateji pauza adlandırsaq, daha düzgün olar. Ermənistan dövləti ötən ilin sonunda cəmi bir dəfə, o da ilin sonunda danışıqlara getmişdisə, indi artıq ardıcıl şəkildə danışıqlara getmək məcburiyyətindədir”. Nəhayət, beşinci məqama aydınlıq gətirən politoloq bir maraqlı detaldan bəhs edib: “Vyana danışıqlarından sonra Sərkisyan qeyd etdi ki, növbəti danışıqlarla bağlı heç bir razılaşma yoxdur. Ancaq belə cəhdlər var ki, danışıqlar olsa, yaxşı olar. Ancaq Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə dedi ki, iyun ayında danışıqların yeri və zamanı müəyyən ediləcək. Bax, buradan da məlum olur ki, Ermənistan prezidenti artıq öz xalqını aldadır. Əslində isə reallıq başqadır. Yəni Sergey Lavrov həqiqəti daha düzgün qeyd edib, nəinki Serj Sərkisyan. Bütün bunlar bir daha təsdiq edir ki, prinsip etibarilə Vyana danışıqlarına müsbət hal kimi yanaşmaq olar”. Qeyd edək ki, Ermənistanın ciddi səylərinə və müqavimətinə baxmayaraq, Azərbaycan ordusunun aprelin 1-5-də 2000 hektar ərazini işğaldan azad etməsi beynəlxalq birlik tərəfindən qəbul olundu. Ermənistan Vyana danışıqlarına qədər ciddi-cəhdlə qoşunların təmas xəttinin 1994-cü mayında imzalanmış atəşkəs zamanı müəyyən edilən xəttə çəkilməsinə çalışıb, əks halda beynəlxalq ictimaiyyəti atəşkəsin pozulacağı ilə şantaj edirdi. Bu məsələyə də münasibət bildirən E.Nəsirli qeyd edib ki, Ermənistan tərəfi buna cəhd etdi: “Qarşı tərəf istəyirdi ki, 1994-95-ci il sərhədləri reallığı kontekstində danışıqlara başlasınlar. Bu alınmadı. Eyni zamanda beynəlxalq birlik Azərbaycanın mövqeyini dəstəkləyir və bu mövqe də ondan ibarətdir ki, işğal altındakı torpaqlar geri qaytarılmalıdır. Amma Ermənistan buna getmirdi. Bu baxımdan Azərbaycanın öz gücü hesabına 8 yüksəkliyi alması və hərbi üstünlük əldə etməsi taktikasını beynəlxalq birlik prinsip etibarilə qəbul eləyib. Yəni, bunu dəstəkləyib. Çünki Ermənistana onsuz da deyilirdi ki, güzəştə get, amma o, getmək istəmirdi. Bu baxımdan hesab edirəm ki, qeyd etdiyiniz məsələ çox vacib məqamdır”.
/teleqraf.com/
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM