Aralıq dənizi üzərində MS804 reysinin yoxa çıxması Misirin EgyptAir hava şirkətinin və ümumilikdə Misir aviasiyasının və turizm sahəsinin uğursuzluqları silsiləsində növbəti hadisə olub.
Parisdən Qahirəyə uçan təyyarənin göyərtəsində 66 sərnişin vardı. Onlardan 30-u Misir, 15 Fransa və biri Britaniya vətəndaşları idilər.
Bundan iki ay əvvəl Egyptair şirkətinin MS181 reysi ilə uçan başqa bir təyyarəsi üstündə partladıcı kəmər olduğunu iddia edən sərnişin tərəfindən girov götürülmüşdü.
Təyyarə sağ-salamat Kiprə enmiş və “terrorçunun” üstündəki partladıcının qondarma maket olduğu üzə çıxmışdı. Lakin bu insident də keçmiş reputasiyası onsuz da bir necə faciə ilə korlanmış aviaşirkətin üzərinə kölgə salmışdı.
1999-cu ildə Misirin MS990 nömrəli reyslə Qahirədən Nyu-Yorka uçan Boeing-767 təyyarəsi ikinci pilotun hərəkətləri ucbatından Atlantik okeanı üzərində qəzaya uğramışdı. İkinci pilot birinci pilotun kabinəni tərk etməsini gözləmiş, sonra isə təyyarənin hər iki mühərrikini söndürmüşdü. Təyyarədə olan 217 adamın hamısı həlak olmuşdu, lakin Misir hakimiyyət orqanları hadisənin ikinci pilota görə baş verdiyini danmışdı.
2002-ci ildə Egyptair şirkətinin 843 nömrəli reyslə uçan başqa bir Boeing təyyarəsi puis hava şəraitin nəticəsində Tunis paytaxtının hava limanı yaxınlığında qəzaya uğramışdı. Qəza nəticəsində 62 sərnişindən 14-ü həlak olmuşdu.
2009-cu ildə Avropa İttifaqının aviasiya rəsmiləri EgyptAir təyyarələri ilə yerinə yetirilən reyslərdə “sistematik təhlükəsizlik problemləri” ilə bağlı narahatlıqlarını ifadə etmişdilər. Onlar bildirmişdilər ki, şirkətin uçuşlarını diqqətlə izləyəcək və aviaparkın vəziyyəti barədə hesabat hazırlayacaqlar.
Amma bundan sonra Avropa İttifaqının müfəttişləri şirkətin təhlükəsizlik sahəsində vəziyyətin əhəmiyyətli yaxşılaşmasına nail olduğunu bildirmişdilər. Bununla belə onlar əlavə etmişdilər ki, aviaparkın saxlanması və ona xidmət sahəsində bir sıra problemlər həll edilməyib.
2011-ci ilin iyulunda Qahirə hava limanında Boeing-777 təyyarəsinin pilot kabinəsində baş vermiş yanğına görə bütün sərnişinlər evakuasiya edilmişdi. Sərnişinlərdən heç biri xəsarət almasa da, təyyarə tamamilə yanmışdı.
Ötən il də şirkət əməkdaşlarla menecment arasında baş vermiş münaqişə ucbatından ağır dövr yaşamalı olmuşdu. O vaxt Egyptair şirkətinin dörddə biri (850 nəfərdən 224-ü) maaşları artırılmazsa və iş şəraitləri yaxşılaşdırılmazsa işdən gedəcəkləri ilə hədələmişdilər.
Daha geniş kontekstdə MS804 təyyarəsinin qəzaya uğraması Sinay üzərində oktyabrda "törədilmiş terror aktından" zərər çəkmiş Misir turist sənayesi üçün növbəti ciddi zərbə olacaq. Ötən oktyabrda Şarm əş-Şeyx hava limanından qalxan Rusiya təyyarəsi havada partlamışdı.
Göyərtəsində 224 sərnişinin həlak olduğu təyyarədə törədilmiş partlayış üçün məsuliyyəti öz üzərinə özünü İslam Dövləti adlandıran qruplaşma görtürmüşdü.
Hazırda Rusiyanın hakimiyyət orqanları Misirlə onun turist sənayesinin əhəmiyyətli hissəsini təşkil edən turist əlaqələrini dayandırıb və öz vətəndaşlarına israrla tövsiyə edib ki, bu ölkəyə səfərlərdən çəkinsinlər.//bbc
Strategiya.az
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Bayden ABŞ Məxfi Xidmətinin direktorunun istefa verdiyini açıqlayıb
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM