Sarkisyan təsəlli verməyə çalışsa da, zaman Azərbaycanın xeyrinə işləyir (VİDEO)

10:50 / 23.05.2016

Novruz Məmmədov: "İyunda konkret addımlar atmaq üçün görüş keçirilməlidir"

Vyana görüşünün nəticələri: Ermənistanın hələ bir müddət vaxtı var

 Mayın 16-da Vyanada ABŞ-ın dövlət katibi Con Kerri, Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov, Fransa Respublikasının Avropa məsələləri üzrə dövlət katibi Harlem Desir, ATƏT-in Minsk qrupunun həmsədrləri, ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsinin iştirakı ilə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü keçirildi.

Strategiya.az Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, bu görüş aprel ayının əvvəlində cəbhə xəttində baş vermiş döyüş əməliyyatlarından sonra Azərbaycanın əldə etdiyi hərbi və diplomatik üstünlük fonunda baş verirdi. Bu qələbə ölkəmizin münaqişənin həlli ilə bağlı mövqeyini gücləndirdi və problemin  beynəlxalq hüquq norma və prinsipləri çərçivəsində həlli üçün ciddi zəmin yaratdı.     “Zaman Azərbaycanın xeyrinə işləyir” ifadəsinin həqiqəti əks etdirdiyi aydınlaşdı. Beynəlxalq ictimai rəyin dəyişməsi, Ermənistanın özündə gedən iqtisadi tənəzzül prosesləri indi Azərbaycan üçün daha əlverişli strateji gələcək hazırlayır.

Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, ordumuz həmin döyüşlərdə 2000 ha ərazini işğaldan azad edib. Burada diqqət çəkən məqam beynəlxalq birliyin də bunu normal qəbul etməsi, Azərbaycanın bununla bağlı hüququnu tanımasıdır. Bunun özü də torpaqların işğaldan azad edilməsindən az əhəmiyyət daşımır. Düşmən bu nailiyyətlərimizi nə qədər kiçiltməyə çalışsa da fakt faktlığında qalır. Yeri gəlmişkən, hektar məsələsi barədə. 

Vyanadan geri qayıdarkən təyyarədə erməni jurnalistlərini başına yığan Serj Sarkisyan onlara bir daha təsəlli verməyə çalışdı:

 "Ermənistan Silahlı Qüvvələrinin təhlükəsizlik məqsədi ilə istifadə etdiyi 800 min hektar ərazinin 800 hektarını itirib. Nəyisə itirirsənsə, əvvəlcə anlamaq lazımdır ki, o hansı əhəmiyyətə malik olub. Bu, strateji, taktiki və bəzən psixoloji əhəmiyyət kəsb edə bilər". 

 Sarkisyan Vyanada Azərbaycan prezidenti İlham Əliyevlə keçirdiyi görüşün nəticəsindən razı qaldığını da deyib. Dolaşıq ifadələrlə, uzun-uzadı  söylədiyi erməni budaq cümləsinin məğzi isə əslində bu idi ki, döyüşü uduzsaq da bundan razıyıq. Yəni bundan da pis ola bilərdi... 

On ildən artıqdır Azərbaycan- Ermənistan Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlarda ən fəal iştirakçılardan olan Prezident Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov deyir ki, bu illər ərzində dəfələrlə ermənilərin bu cür rəftarının şahidi olub.

Ermənistan 2014-cü ildə Paris danışıqlarından sonra da ATƏT-in Minsk qrupu çərçivəsində davam etdirilən sülh müzakirələrini pozaraq cəbhə xəttində təxribatlara əl atdı. Bu müddətək və ümumiyyətlə bütün proses boyu Ermənistan beynəlxalq müzakirələrin formal olduğunu nümayiş etdirirdi. Amma Azərbaycan ordusunun aprel qələbəsi həm Ermənistanı danışıqlar masası arxasına oturmağa məcbur etdi, həm də ATƏT-in Minsk qrupunu Ermənistanın konstruktiv danışıqlar məcrasına qayıtması üçün rəsmi Yerevana təzyiq göstərməyə vadar etdi. Administrasiya rəsmisi deyir ki, Vyana görüşü tərəflər arasında etimadın bərpasına yönəlmişdi. İndi tərəflər iyun ayında keçirilməsi planlaşdırılan növbəti görüşə hazırlaşırlar.

Novruz Məmmədov aprel–may aylarında intensivləşən danışıqlar prosesində xüsusilə Rusiyanın rolunu yüksək qiymətləndirdi. Yeri gəlmişkən prezidentlərin Vyana görüşünün yekunları barədə məlumat verən də Rusiya Xarici Siyasət İdarəsinin rəhbəri Sergey Lavrov oldu. Bir gün sonra isə Kremldə Prezident Vladimir Putinin iştirakı ilə Rusiya Təhlükəsizlik Şurasında Dağlıq Qarabağ məsələsi müzakirəyə çıxarıldı.

 Münaqişə barədə Amerika Birləşmiş Ştatlarının Dövlət Departamenti, Fransa Xarici İşlər Nazirliyi və ATƏT-in fəaliyyətdə olan sədri Frank-Valter Ştaynmayer də bəyanat verərək prezidentlərin görüşünü, əldə olunan nəticəni yüksək qiymətləndirdilər.

Belarus Prezidenti Aleksandr Lukaşenko da Dağlıq Qarabağ münaqişəsini MDB məkanında “əlac tapılması vacib olan xəstəliklərdən” hesab edir. 

Bu günlərdə isə ABŞ vitse-prezidenti Cozef Bayden Azərbaycan prezidenti İlham Əliyevə telefonla zəng edib. Söhbət zamanı Azərbaycan-ABŞ ikitərəfli münasibətlərinin uğurlu inkişaf dinamikası müzakirə olunub. ABŞ-ın vitse-prezidenti bu yaxınlarda Vyanada keçirilən görüşlərin Ermənistan- Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində əhəmiyyətini qeyd edib. Azərbaycan Prezidenti İlham Əliyev münaqişənin tezliklə beynəlxalq hüququn norma və prinsiplərinə uyğun şəkildə həllinin vacibliyini bildirib.

Ermənilər isə təxribatlarından əl çəkmirlər. İndi də guya Dağlıq Qarabağ ermənilərini danışıqlar masasına oturtmaq üçün kampaniya aparırlar. Politoloq Arzu Nağıyev deyir ki, Ermənistan rəhbərliyi bilir ki, bu səyləri əbəsdir sadəcə könül bulandırırlar.

Vyana görüşündən sonrakı mərhələ Ermənistana vaxt verilməsindən daha çox, Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə prosesə hazırlıq işləri ilə əlaqəlidir.  Hazırda həmsədrlər və sözügedən ölkələrin xarici işlər nazirləri yeni bir mətn üzərində işləyir, bəzi məqamlarla bağlı yaxınlaşdırmalar aparırlar ki, prezidentlərin məlum görüşündən müəyyən nəticələr əldə etsinlər.



Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM