Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Strategiya.az-a verilən məlumata görə, Gəncə şəhər sakini Əli Rzayev həyətyanı sahəsində qazıntı işləri apararkən tapdığı 2 ədəd “F-1” qumbara, 2 ədəd qumbara alışdırıcısı və 453 ədəd patronu Kəpəz Rayon Polis İdarəsinə təhvil verib.