Bu günlərdə Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialının əməkdaşı, ADR tarixi üzrə tədqiqatçı Dr. Ramin Sadıqovun “facebook” səhifəsində 1870-ci ilə aid olan “Qarabağ zəncisi” adlı şəkil yayması diqqətimi çəkdi.
Onu da xatırladım ki, şəkil “facebook”da böyük marağa səbəb olub. Ortaya belə sual çıxır ki, zəncilər Qarabağa və ya Qafqaza necə gəliblər? Bu haqda məlumat əldə etmək üçün qısa araşdırma apardıq. Öncə onu xatırladım ki, onlar haqda məlumatlar çox deyil.
Bu foto 1845-1924-cü illərdə yaşayan məşhur amerikalı jurnalist Corc Kennan tərəfindən çəkilib. Kennan XIX əsrin 60-ci illərinin sonlarında Rusiyaya və Qafqaza səfər edib. Kennan bu bölgənin etnoqrafiyası, məişəti, adət-ənənələri ilə maraqlanıb. Jurnalistin Qafqaza səfəri çərçivəsində zəncinin şəklini çəkib. Onu da qeyd edək ki, fotonu hansı şəraitdə çəkməsi haqda informasiya yoxdur. Onu da xatırladaq ki, fotoda olan Abxaz zəncisi kimi yazılıb.
Orxan Lətifli adında bir şəxs forumda yazıb ki, “Bunlar Abxaziyada yaşayan afrikalı zəncilərdir. Bir neçə ailə olub. Onları da Abxaz varlıları gətirib. Bu da orduya götürülənlərdəndir”.
Digər mənbədə bildirilir ki, onların Qafqaza gəlməsi haqqında tarixi məlumatlar müxtəlif cürdür. Üstəlik, Corcis nəslinə aid olduğu və ilk dəfə olaraq XVII əsrdə Osmanlı imperiyası dövründə Qafqaza gətirildikləri bildirilir. O zaman Abxaziyanın bir hissəsi Osmanlının nəzarəti altında olub. Onların Efiopiya və ya Misirli zəncilər olduğu və Qara dəniz sahillərində varlılara məxsus olan sitrus plantasiyalarında işləmək üçün gətirildikləri söylənilir. Onların sayı bir neçə yüzə yaxın olub. Maraqlısı isə odur ki, Rusiyanın bəzi sayt və forumları onları Qarabağ zəncisi kimi təqdim edib.
http://commons.wikimedia.org/wiki/File:Afro-abkhazian.jpg, http://rus-biography.ru/DocPage/?IdDocs=798
Ələkbər Pincivanlı adlı şəxs daha maraqlı arqumentlə çıxış edib. Ələkbər bəy qeyd edir ki, Zəngilan rayonunun Beşdəli kəndində də belə bir Zənci nəsli mövcud olub: “Deyilənə görə, onları o kəndə hansısa bir bəy (adını unutmuşam) öz malikanəsində qulluqçu kimi saxlayırıb. Həmin bəyin həm də böyük at ilxısı olub. Və bu zəncilər də orda mehtərlik edirmişlər. Hal-hazırda həmin nəslin nümayəndələri yaşayırlar və eşitdiyimə görə, elə bir zənci nəsli Şamaxıda da olub və var”.
Qafqaz xalqları üzrə tədqiqatçı Ənvər Börüsoy Qafqazda ən çox qul və ya kölə saxlamaq adəti “adıq” kökənli toplumlar olaraq kabarda, çərkəz, abaza, şapsuq, abxaz və adıgeylərə məxsus olduğunu qeyd edərək, bu məsələyə geniş rakursdan yanaşdı: “Məşhur türkoloq alimlərdən İsmail Miziyev, Zeytun Zukaev, Yuroslan Bolatov, Nəzir Budaev, Əhməd Salpqarov qədim yunan tarixçisi Fukididin və digərlərinin mənbələrinə əsasən qeyd edirlər ki, bu toplumlardan vaxtilə Orta Doğudan (indiki Suriya, Misir, Livan, Fələstin, İsaril, İraq, Oman, Sudan) Qafqaza yunan və roma orduları tərəfindən sürgün ediliblər. Çünki bu toplumlar Ural, İdel, Altay, Sibir və Türküstandan Avropaya, daha çox Balkan yarımadasına doğru yürüşlər təşkil edən skif (iskit, sak, saka), sarmat, kuban, kuman, daha sonralar xəzər, alan, avar, hun, tatar, karluk türklərinin yürüşlərinin qarşısını almq üçün onlardan istifadə edilirdi. Beləliklə, adıge kökənli toplumlara türklər “çərkəz” adını verdilər. Çərkəz sözü əski türk dilində əsgər deməkdir. Bu toplumlar hər zaman bölgədə hansı dövlətin hökmranlığı olmuşdursa, onlar həmin dövlətin əsgəri rolunda çıxış etmişlər. Buna görə də çərkəz toplumları öz ailələrini yaşatmaq üçün açıq və ya gizli şəkildə qul (kölə) saxlamaqla öyünərdilər. Bu ənənə indi də onlarda davam edir. Rusiya dövləti bu adəti onlara ötən 450 il müddətində tərgidə bilməmişdir. 1762-1864-cü illər aralığında baş verən “Qafqaz Savaşı” əslində Osmanlı və Rusiya (burada bütün Avropa dövlətləri Rusiyanı silah, professional hərbçi, pul, dərman və ərzaqla təmin edirdilər) savaşı idi. Xəzər imperiyası dönəmindən başlayaraq Osmanlı dönəminə kimi adıq toplumları islam dinini qəbul etdikdən sonra avropalılara arxa çevirmişdilər və buna görə də onlar Osmanlı dövlətinin maraqlarına görə 100 l davam edən savaşlarda bulundular. Qafqaz Savaşının sonucu olaraq, adıqelərin (çərkəzlər) çoxu Osmanlıya pənah apardılar. Osmanlı dövləti isə onların bir hissəsini Qara dəniz boyunca, digərlərini isə onların tarixi vətənləri olan Orta Doğuya köçürtdü. Orta Doğuya köçənləri sonradan Çarlıq Rusiyası Qafqaza geri dönmələri üçün imkan yaratmaq məqsədilə onların xristianlığı qəbul etmələrini bir şərt kimi irəli sürmüşdü. İndiki abxazların və kabardaların xristian olmalarının əsas səbəbi də bundan irəli gəlir. Orta Doğudan geri dönən imkanlı adıqlar özləri ilə birlikdə qara dərili zəncilər də gətirməyi qərara alırlar. Bu dönəmdə Tiflis, Gəncə, Şuşa, Dərbənd, Şəki, İrəvanda olan bəylər Qafqazdakı ticarət və iqtisadi əlaqələrini qurmağa məcbur olduqları dönəmdə (çünki Çar Rusiyası onların Güney Azərbaycnla ənənəvi əlaqələrini yasaq etmişdi) imkanlı adıqlarla dostluq edirdilər. Adıqlar hər zaman səmimi dostlarına qul (kölə) hədiyyə etməyi çox üstün bir səviyyə kimi ənənəyə malikdirlər. Beləcə, Qafqazda zəngin bəylərin və ağaların evlərində zənciləri görmək mümkün oldu. Keçmiş Sovetlər Birliyi dönəmində adıqlar hər şeyini itirmiş rus əyyaşlarını gizli şəkildə evlərində qul (kölə) kimi saxlamaq ənənəsini gizli şəkildə davam etdiriblər. Bu gün də həmin ənənə dvam etməkdədir”.
Elnur Eltürk
Strategiya.az
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM