Parisdəki Siyasi Elmlər İnstitutunda “Dağlıq Qarabağda yeni müharibə riski” adlı konfrans keçirilib.
Beynəlxalq Tədris və Tədqiqat Mərkəzinin (CERİ) tədqiqatçısı Bayram Balçının təşkilatçılığı ilə keçirilən konfransda ATƏT-in Minsk qrupunun Fransadan olan keçmiş həmsədri Jak For “Münaqişənin aktual vəziyyəti, vasitəçilik və inkişaf perspektivləri”, Fransanın Azərbaycandakı sabiq səfiri, İNALCO-nun professoru Qabriel Keller “Dörd günlük müharibə: Bakının mühakimələri”, Fransanın Ermənistanda sabiq səfiri Serj Smesov “Dağlıq Qarabağla bağlı Ermənistanın mövqeyi” və Ali Milli Müdafiə araşdırmaları İnstitutunun pedaqoji müşaviri Tornike Qordadze “Dağlıq Qarabağ ətrafında təhlükəsizlik vəziyyətinin pisləşməsinin regional riskləri” mövzularında çıxış ediblər.
Jak For münaqişənin tarixindən danışaraq bildirib ki, Stalin rejimi dövründə Dağlıq Qarabağın Azərbaycanın tərkibində saxlanılmaqla ona muxtar vilayət statusu verilib və bununla da bugünkü münaqişənin əsası qoyulub. O, həmin dövrdə tarixi Azərbaycan ərazisi olan Zəngəzurun Ermənistana verildiyini diqqətə çatdırıb. Madrid prinsipləri, ərazi bütövlüyünə hörmətlə yanaşma, beynəlxalq hüquq, gücdən istifadə etməmə məsələlərinə toxunan J.For qoşunların təmas xəttindəki son hadisələrin Azərbaycanın təmas xəttində dəyişiklik yaratmağa qadir olduğunu göstərdiyini bildirib.
Dörd günlük müharibənin 2016-cı ilin yanvarında dayandırılan dialoqu yenidən bərpa etdiyi bildirilib. Mayın 23-də Brüsseldə Fransa Xarici işlər naziri Jan Mark Eyronun “3+2” formatında görüşün iyunda Fransada keçirilməsini təklif etdiyi qeyd olunub.
Jak For iki ölkə arasında olan fərqlərdən də danışıb. Azərbaycanın demoqrafik, iqtisadi üstünlüyünü diqqətə çatdıran keçmiş həmsədr Azərbaycanın müdafiə xərclərinin Ermənistanın dövlət büdcəsindən çox olduğunu bildirib.
Ermənistanda Rusiya səfirliyinin qarşısında keçirilən nümayişə toxunan J.For MDB Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibinin Ermənistana səfəri çərçivəsində imzalanan Müdafiə Paktının yalnız Ermənistan ərazilərinə aid olduğunu xatırladıb.
Fransanın Azərbaycandakı sabiq səfiri Qabriel Keller XIX əsrin əvvəllərində bağlanmış Türkmənçay müqaviləsinə əsasən ermənilərin İrandan Azərbaycana köçürülməsindən, Naxçıvan və İrəvan xanlıqlarından, onlara azərbaycanlıların rəhbərlik etməsindən, XX əsrin əvvəllərində Türkiyədən gələn ermənilərin yenidən Azərbaycan ərazilərində yerləşdirilməsi ilə demoqrafik dəyişikliklərin yaradılmasından danışıb.
O, 1918-1920-ci illərdə ermənilərin azərbaycanlılara qarşı törətdiyi kütləvi qırğınları xatırladıb. Keçmiş səfir SSRİ siyasətinin həmişə ermənilərin xeyrinə olduğunu vurğulayıb.
Zəngəzurun Ermənistana verilməsi qeyd edən diplomat 1948-1953-cü illərdə azərbaycanlılara qarşı aparılan etnik təmizləmə siyasəti və onların doğma yurdlarından deportasiya edildiyini vurğulayıb.
Qeyd edilib ki, Stalinin vəfatından sonra vəziyyətin normallaşması təəssüratı yaranmasına baxmayaraq, 1988-ci ildə erməni millətçiləri yenidən vəziyyəti gərginləşdiriblər.
Xocalı soyqırımından, Azərbaycan ərazilərinin 20 faizinin işğal altında olmasından, erməni silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxmasına dair BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsindən danışan diplomat hələ də bu qətnamələrin həyata keçirilməsi ilə bağlı Təhlükəsizlik Şurasının heç bir tədbir görmədiyini vurğulayıb.
2015-ci ildə artıq atəşkəs rejiminin pozulduğunu və 2016-cı ildə daha da intensivləşdiyini bildirən diplomat aprelin 2-də Azərbaycan Müdafiə Nazirliyinin Ermənistanın yenidən atəşkəs rejimini pozması, mülki əhalini hədəfə alması və dinc əhali arasında qurbanlar olması ilə bağlı məlumatlar verdiyini bildirib.
Aprelin 2-də Azərbaycanın birtərəfli atəşkəs elan etdiyini, ancaq Ermənistanın bununla razılaşmadığını diqqətə çatdırıb.
Azərbaycanın birtərəfli atəşkəs elan etməklə qoşunların təmas xəttinə yaxın ərazilərdə yerləşən kəndlərdə dinc əhalinin müdafiəsini təmin etmək istədiyi bildirilib.
O, dörd günlük müharibənin müəyyən güzəştlərə getmək tələbi qarşısında qalan Ermənistan tərəfindən başlanması ehtimal olunduğu bildirib. Azərbaycan Müdafiə Nazirliyinin saytında Ermənistanın P-4 (ağ fosfor) mərmisindən istifadə etməsi qeyd olunub.
Fransanın Ermənistandakı sabiq səfiri Serj Smesov həmkarlarının çıxışından sonra aprel ayında baş vermiş dörd günlük müharibə haqqında fikirlərini bildirib. S.Smensov Türkiyə-Ermənistan, İran-Ermənistan münasibətlərindən danışıb, Vyana görüşündən söhbət açıb.
ATƏT-in Minsk qrupunun fransalı sabiq həmsədri Bernar Fasye əslində münaqişənin həlli üçün Madrid prinsiplərinin mövcud olduğunu, ancaq Yerevanın siyasi iradəsinin olmadığını diqqətə çatdırıb.
Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov sonda Ermənistanın qoşunların təmas xəttində törətdiyi son təxribatları xatırladaraq, mövcud status-kvonun qəbul edilməz olduğunu bildirib. Qeyd edilib ki, münaqişənin həlli üçün ilk növbədə erməni silahlı qüvvələri qeyri-qanuni işğal etdiyi torpaqlardan çıxmalıdır.
O, münaqişənin həllinin beynəlxalq hüququn prinsipləri, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində mümkün olduğunu vurğulayıb. Bildirilib ki, ölkəmiz münaqişənin ağır nəticələrinə məruz qalmasına baxmayaraq, biz problemin sülh yolu ilə həllinə inanırıq. Səfir Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağda azərbaycanlı və erməni icmalarınin birlikdə yaşamasının mümkünlüyü qeyd edib.
Bildirilib ki, Azərbaycan atəşkəs rejiminin möhkəmləndirilməsinə onun status-kvonun saxlanmasına xidmət etməyəcəyi təqdirdə razı ola bilər.
Konfransda iştirak edən ermənilər çıxışlar zamanı və tədbirin sonunda narazılıqlarını həmişəki kimi aqressiv şəkildə ifadə ediblər.
Tədbirin gedişi bir daha vəziyyətin Azərbaycanın xeyrinə istiqamət götürdüyünü təsdiqləyir. Artıq ermənilərin süni yaratdıqları mifin dağıldığı, onların yalanlarına inanılmadığı, beynəlxalq ictimaiyyətin düzgün məlumatlandırıldığı açıq-aşkar görünür.
AZƏRTAC
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM