Yayın əvəzolunmaz qidası, yoxsa "ölüm" dadımız?

11:31 / 25.05.2016

Son günlər sosial şəbəkələrdə Bakı bazarlarında satılan pomidorların zərərli olması, insan səhhətinə mənfi təsir edən dərmanla yetişdirilməsi ilə bağlı iddialar müzakirə olunur.

Deyilənə görə, kal pomidorun vaxtından daha tez qızarması üçün ona xüsusi dərman vurulur və bu dərman 10 günə qızarmalı olan pomidorun 1-2 günə qızarmasına səbəb olur. Həmin dərman pomidorun içinin yığılmasına səbəb olduğundan daha sonra iynə ilə silikon effekti verən və pomidorun daha ətli olmasını təmin edən başqa bir dərman vurulur. 

Strategiya.az bildirir ki, musavat.com bu deyilənləri ictimailəşdirmək üçün araşdırma aparıb. Bəlli oldu ki, ağız dadı ilə yediyimiz pomidorlar əslində... bizi ölümə aparan zəhər imiş. Şitil mərhələsində vurulan həşəratlar əleyhinə dərmanlar, daha sonra tez qızarması üçün sürtülən xüsusi maddələr, silikon iynələr və bilmədiyimiz daha nələr...

Əvvəlcə, bir alıcı gözü ilə Bakı bazarlarındakı pomidorların mənbəyini araşdırdıq. "8-ci kilometr" bazarında həm topdan, həm də pərakəndə satış həyata keçirən satıcılarla söhbətimizdən məlum oldu ki, pomidorlara dərman vurulması hər kəsə bəllidir. 

Bazara bu məhsullar əsasən Bakının Zirə kəndindən, Şəmkir rayonundan, İrandan və Türkiyədən gətirilir. Ancaq əhali yerli məhsullara üstünlük verdiyindən Türkiyədən gətirilən pomidorlar da yerli məhsul adı ilə alıcıya sırınır. Yerli Zirə pomidorlarının qiyməti 1.5-2.5 manat arasında dəyişdiyi halda, Şəmkir pomidoru 1.5 manat, Türkiyə pomidoru isə 1.2 manata idi. Görüntü baxımından da bu məhsullar bir-birindən fərqlənir. Zirə pomidorları əksərən üstündəki saplaqla birlikdə satışa çıxarılır və təzə olduğu hiss olunur. Lakin əksər Zirə pomidorlarını kəsərkən içinin yaşıl olduğu və dənələrinin hələ də göy qaldığını görmək olur. Bunun səbəbi isə yuxarıda qeyd etdiyimiz qızardıcı dərmandır. Həmçinin pomidorun içində boşluq olmasının da səbəbi odur. Şəmkir pomidorları isə nisbətən ətli pomidorlardır və ölçüsünə görə daha iridir. Satıcılar hazırkı fəsildə bazardakı məhsulların hamısının istixanalarda yetişdirildiyini dedilər. 

Bəzi satıcılar isə artıq Bakıda havaların isti keçdiyini, bu baxımdan istixanaların örtüklərinin qaldırıldığını bildirdilər. 

Məhsula vurulan gübrələrə gəlincə, bəzi satıcılar şitil mərhələsində pomidorun şitilinin yarpaqlarının həşəratlar tərəfindən məhv edilməməsi üçün "göy daş" adlı dərman vurulduğunu dedilər. Bu məqsədlə istifadə olunan  bir neçə dərman növünün olduğunu bildirdilər. Ceyran adlı satıcı qadın məhsulun tez qızarması üçün ona el  arasında "bit dərmanı" kimi tanıdığımız  dərmanın su ilə qarışdırılmış məhlulunun sürtüldüyünü dedi. Onun sözlərinə görə, bu maddə yüksək istilik effekti yaratdığından qısa zamanda pomidorun qızarmasına səbəb olur. 

Müşahidə apararkən də bir çox pomidor məhsullarında iynə izlərinin olduğunu gördük. 
Həmçinin bazarda yeşiklərlə Türkiyədən gətirilən pomidorlar aşkarladıq. Əksər alıcılar fikir verməsə də, üzərində  "Aylinberk" yazılan qablaşmada olan məhsullar Türkiyədən gətirilmişdi ki, bunu satıcı da etiraf etdi. 

Uzun müddət Bakının Maştağa kəndində istixanalarda pomidor yetişdirən Əhliman Şahbazov "Yeni Müsavat"a danışarkən bildirdi ki, bəzi fermerlər məhsulun tez qızarması üçün müxtəlif üsullara əl atırlar: "Bu cür dərmanlar çoxdur. Həmin dərmanlar məhsulun bir neçə dəfə tez qızarmasına kömək edir. Həmin dərmanın dozasını düzgün müəyyənləşdirmək önəmlidir. Çünki normadan artıq olanda  məhsulun içinin xarlamasına, qurumasına səbəb olur. Həmin pomidor çəkidə də az gəlir. Həmçinin kəsəndə içində boşluq görmək olar. Belə olanda da başqa bir dərman vururlar. O da silikon effekti verir, pomidoru şişirdir. Bu dərmanlar hamısı ziyanlıdır və bundan bütün fermerlər istifadə edirlər. Kim desə ki, mən dərmansız pomidor gətirmişəm bazara, yalan deyir".

Ə.Şahbazov onu da iddia etdi ki, Zirə kəndində pomidor və xiyar məhsullarının tez yetişməsi üçün ona kanalizasiya suyu da verirlər: "Eşitdiyimə görə, məhsulun tez yetişməsi və iri olması üçün istixanalara kanalizasiya suyu da verirlər.  Normalda pomidor şitili 3 aya yetişir, bir ay da qızarması üçün vaxt lazımdır. Ancaq kal pomidor hazır olan kimi, dərmanla bir-iki günə qızardıb bazara çıxarırlar".

Azad istehlakçılar Birliyinin sədri Eyyub Hüseynov da "Yeni Müsavat"a açıqlamasında hazırda bazara çıxarılan tərəvəzlərdə sözügedən problemlərin olduğunu vurğuladı: "Bizə məlumat daxil olub ki, pomidora və qarpıza iynə vurulur, pomidora dərman çilənir. Bu məlumatlar yayılsa da, konkret hallar üzə çıxmır. Bizdə də konkret faktlar yoxdur. Ancaq belə dərmanlardan istifadə olunması istisna deyil. Biz daha çox pomidorlarda nitritlərin miqdarının normadan çox olmasını yoxlayırıq. Bizdə ziyanverici həşəratlar əleyhinə verilən gübrələrdən pomidorun tərkibinə keçən zərərli maddələrin miqdarını ölçən cihaz var, onunla müəyyən edirik. Qış aylarında təxminən pomidorların 10 faizində bu maddələrin miqdarının çox olması müşahidə edilir". 

Tibb elmləri doktoru Adil Qeybulla ilə məhsulun tez yetişməsi üçün verilən dərmanların insan səhhətinə zərərli olduğunu bildirdi: "Azərbaycan ərazisinə genetik modifikasiya olunmuş xeyli ərzaq daxil olub. Sizin bazarlarda piştaxta arxasında xeyli meyvə-tərəvəz görə bilərsiniz ki, onlar sanki bir qəlibdən çıxıb. Pomidorun genini dəyişdirməklə, onu konkret bir temperaturda bir neçə il saxlamaq mümkündür. Yəni bu temperaturdan adi rejimə keçən kimi pomidor dəyir və xarab olmağa başlayır. Əslində bu maddələrin orqanizmə nə dərəcədə ziyanlı olması tam bəlli deyil, amma müzakirə olunan məsələdir. Pomidorun süni şəkildə qızardılmasına gəlincə, bu cür maddələr mövcuddur və istifadə olunur. Bakı Şəhər Gigiyena və Epidemiologiya Mərkəzindən bu cür faktlarla bağlı  sorğu eləmək lazımdır. Əgər varsa, onunla mübarizə aparılmalıdır". 

A.Qeybulla hesab edir ki, meyvə və tərəvəzlərin yeyilməsi mövsümi xarakter daşımalıdır: "Vaxtından əvvəl, süni şəkildə yetişdirilmiş məhsulların qəbulu yolverilməzdir. Hər meyvəni öz vaxtında yemək daha yaxşıdır. Bir çox xəstəliklər var ki, hazırda geniş yayılır. Ancaq biz bilmirik ki, həmin xəstəliklərin kökündə bu faktor dayanır, yoxsa yox". 


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM