Strategiya.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Qaradağ RPİ 10-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 22-də rayon ərazisindəki 320 saylı orta məktəbdən 2 ədəd noutbuk, 1 ədəd videoproyektor, 1 ədəd televizor və 1 ədəd monitor oğurlamış qrupun üzvü Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş Tehran Məmmədov tutulub. Ətrafında aparılmış əməliyyat tədbirlərilə onun mayın 20-də həmyerlisi A. Məhərrəmlinin evindən məişət əşyaları oğurlaması da müəyyən edilib.