Gömrük Komitəsinin mətbuat xidmətindən Strategiya.az-a verilən məlumata görə, əvvəlcə idarənin Gömrük sahəsində hüquqpozmalara qarşı mübarizə şöbəsinə qabaqcadan əlbir olan bir qrup şəxsin aksiz markası olmayan siqaretləri satma, satış məqsədilə saxlama, eyni zamanda Azərbaycan ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilən siqaretləri realizə etmələri barədə əməliyyat məlumatı daxil olub.
Daxil olan məlumata əsasən həmin şəxslərin yerli vətəndaşlar olduqları müəyyən edilib. Dərhal həyata keçirilən əməliyyat zamanı Masallı-Üardımlı yolunun üzərində, Üardımlı rayonunun girişində bu rayonun sakinləri olan 3 nəfər saxlanılıb. Saxlanılanlardan birinin idarə etdiyi avtomobildən 2 adda 78 400 ədəd xarici markalı siqaret aşkar edilərək götürülüb.
Qeyd edək ki, hazırda faktla bağlı araşdırma aparılır.