Son illərin çox yayılmış infeksion xəstəliklərindən olan virus hepatitləri –hepatit B,C,D insanlar üçün sağlamlıq probleminden daha çox sosial bir bəla kimi cəmiyyəti , yeni qurulmuş ailələri, həyata yenicə qədəm qoyan gəncləri öz təsiri altına almaqdadır. Biz mütəxəssislər də şahidi oluruq ki , bu problem artıq xəstəlik çərçivəsindən çıxıb ciddi bir sosial problemə çevrilmişdir. Nədir səbəb ? “Əsas problem insanların bu xəstəlik haqqında məlumatsız olmaları və məlumat almaq belə istəmədikləridir.
Çox hallarda virus hepatitləri təsadüfi müayinələrdə aşkarlanır: planlı əməliyyatlardan əvvəl, hamilə qadınlarda dövlət proqramına uyğun olaraq qan analizləri edən zaman, qan vermə zamanı və,s. Az hallarda hansısa şikayətlərlə xəstə həkimə müraciət etsə bu viruslardan biri , bəzən də ikisi bir yerdə olduğu məlum olur.
HEPATİT NƏDİR?- Hepatit qaraciyərin iltihabıdır. Əgər buna viruslar – A,B,C, D ,E , EPŞTEYN bar viruslari səbəb olursa bu xəstəlik VİRUS HEPATİTİ adlnır.Bunlardan ən çox uzun, xroniki xəstəliyə səbəb olanları B,C,D viruslarıdır. Bu viruslar uzun illər orqanizmdə xronikləşib aktiv gedişli olarsa, həkimin nəzarətindən kənarda qalarsa ağır qaraciyər xəstəliklərinə – sirrozlara və qaraciyər xərçənginə səbəb olar.
Artıq elm elə bir dövrə gəlib ki , bu xəstəliklərin diaqnostikası , müayinəsi, müalicəsi ücün cox etibarli metodlar var, bütün dünya “ Virus hepatitləri sağalandır, təki xəstələr gecikməsin”şüari ilə çıxış edir.
Hər zaman qarşımıza iki qrup xəstə gəlir:
Hər iki qrup xəstə ilə dƏ işləmək bizə cətindir.1- ci qrup xəstələrə həkim nəzarətində olmağı, xəstəliyinə ciddi yanaşmağı, lazımsa müalicə almağı , zərərli vərdişlərdən uzaq durmağı başa salmaq uzun zaman alır. 2- ci qrup xəstəlrin isə əsas narahatlıqları sağlamlıqdan çox yuxarıda qeyd etdiyim kimi sosiallaşmaqdan uzaqlasmaq qorxusudur: ailə qurmaq, övlad dünyaya gətirmək, dostlarla münasibət, iş yerində munasibət bu insanlar ücün həyəcanli məqama çevrilir, xəstəliklərini gizlətməyə başlayırlar.
Yoluxma yollarını nəzərden kecirsək: bir süfrədən , yataqdan, eyni qabları , qaşığı istifadə etməkdən, bir masada, ofisdə əyləşməkdən virus hepatitləri yoluxmaz , bu virusların yoluxması ücün mütləq qan təması və yaxud qana təmas etmiş alətlərin orqanizmin yara olan nahiyəsinə toxunması lazımdır. Cinsi yolla bu viruslarin yoluxmasi 3-5% dən çox deyil. Bu ehtimal da normal ailə münasibətlərində cox azdır.
Virus hepatitli şəxslər ailə qura bilib sağlam övlad sahibi olurlar, virusun (əgər varsa )anadan usağa keçmə ehtimalı var, atadan usağa virus kecmir. Bundan əlavə hepatit B ücün dünyada artıq 30 ildən çoxdur ki , Pyvənd mövcuddur, qarşı tərəfin( ər- arvad) mütləq peyvənd olması məsləhətdir.
HEPATİT B NİN TAM MÜALİCƏSİ VARMI?
Hepatit B virusu aktiv xəstəliyə səbəb olduğundan insanın qaraciyər hüceyrələrinin təməl daşı olan DNA içinə ozünü yerləşdirir(ccc-DNA).Hal-hazırda virusun çoxalmasının qarşısını alan çox təsirli dərmanlar( antivirallar)sayəsində qanda virus səviyyəsi ölçülməyəcək hala gələ bilir .Fəqət qaraciyər DNA -sı içindəki virus parcasını qoparıb atan bir dərmanımız olmadığı ücün qaraciyər hüceyrələri yeniləndikcə, çoxaldıqca virus da çoxalir. Bu səbəblə antiviral dərmanlar kəsildiyi halda qanda virus təkrar artmaya başlayır .Xəstələrin az qismində müalicə əsnasında Hepatit B- dən orqanizmi qoruyan Anti-HBs deyilən maddə( antikor) yaranır, bu xəstələrdə dərmanı kəsmək mümkündür , onlar tam sağalan xəstələr hesab olunurlar.Xəstələrin böyuk qismi isə antiviral dərmanı uzun illər içməlidir.
Hepatit C müalicə olunurmu?
2015 -ci ildən başlayaraq əvvəlcə müalicə alan , almayan və sirrozlu xəstələr bir cox fərqli dərman kombinasyaları istifadəsindən artıq fayda gördülər.Dərman kombinasyalarının seçimi HCV nin genotipi / subtipi ,HCVRNA( PZR -virus yükü)miqdarı , qaraciyər zədələnməsinin səviyyəsi , əvvəlki müalicəyə cavab səviyyəsi ilə bağlıdır. Müalicədən əvvəl HCV genotipi araşdırarkən mütləq genotip 1 ücün subtip təyin edilməlidir. Müalicə müddətində dərmanların qarşılıqlı təsirinə bağlı müalicədə dəyişiklik və dozanın dəyişdirilməsi ola bilər.Müalicəyə başlamazdan əvvəl hepatit C ücün istifadə olunan dərmanların xəstənin qəbul etdiyi dərmanlarla qarşılıqlı təsiri araşdırılmalıdır. Həmcinin orqanizmin dərmanları necə qəbul edəcəyinə , əlavə təsirlərinə , əks göstəriş olan hallara diqqətlə yanaşılmalıdır..
Bütün xəstələrə uğurlu nəticələr diləyirik.
Son olaraq onu qeyd etmək istəyirəm ki , bu xəstəliklərlə və xəstəliyin problemləri ilə rastlaşmamaq ücün hec olmasa ildə 1 dəfə virus hepatitlərinin olub- olmamamasını yoxlatdırın( qan analizi ilə).Əgər yoxdursa hepatit B ücün peyvənd etdirin. Yaxın gələcəkdə hepatit C nin də peyvəndi tapılacaq, bu sahədə geniş miqyaslı araşdırmalar gedir.
Əgər xəstəliyiniz varsa bu sahənin mütəxəssinə müraciət edib nəzarətdə qalın,müalicə olunun ki, qarşıda agır qaraciyər xəstəlikləri ilə uzləşməyəsiniz.Gənc ailələrə məsləhətimiz odur ki , virus hepatitləri aşkarlanan zaman ( hər hansı birinizdə) əsassız yerə ailənizin xoşbəxtliyini pozmayın, sadəcə mütəxəssisə müraciət edin , hamiləlik zamanı nəzarətdə olun, əgər ehtiyac varsa hepatit B –li hamilə qadınlarda virus yükünü azaltmaq məqsədilə antiviral dərman qəbul oluna bilər, hepatit C olan hamilə qadınlarda müalicə ücün hamiləliyin bitməsini gözləmək tövsiyə olunur.
Əfsanə Bayramova
Strategiya.az
Bakıda yeni dələduz peyda oldu: bu qadın görün nələr edib – VİDEO
TƏHLÜKƏ: Şagirdlər qapısı açıq avtobusdan sallanaraq gedir - VİDEO
Cahangir Hacıyevin arvadınadan 21 milyon dollarlıq xəbər - VİDEO
Bakıda DƏHŞƏT: Sahibsiz itlər azyaşlılara hücum çəkdi - VİDEO
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM