Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.
Strategiya.az bildirir ki, Lent.az-ın məlumatına görə, Yasamal rayonu ərazisində, Dairəvi yolda "Mercedes" markalı minik avtomobili "Daewoo" markalı, 10 TG 280 dövlət qeydiyyat nişanlı sərnişin avtobusuna çırpılıb. Nəticədə minik avtomobilinin 41 yaşlı sürücüsü ağır xəsarətlər alıb və hadisədən 2 saat sonra xəstəxanada keçinib.
Yasamal rayon Polis İdarəsindən sayta qəza nəticəsində vəfat edən sürücü 41 yaşlı Natiq Eminov olub.
İlkin məlumatda o da bildirilib ki, qəzaya səbəb avtobusun hərəkət sürətini qəfil azaltması olub. Buna görə də sürətlə hərəkət edən minik avtomobili arxadan ona çırpılıb.
Faktla bağlı Yasamal Rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.