Hadisə şahidlərinin sözlərinə görə, Gülnar Quliyeva neçə məhkəmə idi ki, İ.Mikayıloğlunun indiki həyat yoldaşı Zülfiyyə Bayramovanı döyməyə fürsət axtarırmış. İlk davanı da elə G.Quliyeva salıb. Z.Bayramova Gülər Əhmədova ilə görüşərkən G.Quliyeva onun saçını dartıb. Z.Bayramovanın əli G.Əhmədovanın əlində olduğundan müqavimət göstərə bilməyib. Daha sonra Zülfiyyə zəng edib ki, İlqar "gəl-gör bacın nə edib", bu zaman o, İ.Mikayıloğlunun əvvəlki həyat yoldaşını görüb "bunu boşamısan, bu nə edir burda?". Beləliklə də, dava başlayıb. Z.Bayramova G.Quliyevanın üzünü cırıb.
Publika.Az ötən gün məhkəmədən sonra baş verən hadisənin təfərrüatını araşdırıb. Bu dəfə hadisə şahidləri yox, hadisənin iştirakçıları davanın keçmişi və əsas səbəbi haqda danışıblar.
İ.Mikayıloğlunun hazırkı həyat yoldaşı Z.Bayramova Publika.Az-a açıqlamasında baş verənlərin ailə üzvlərinin bəzisinin onu qəbul etməməsi ilə əlaqədar olduğunu dedi:
"İlqar Mikayıloğlu birinci həyat yoldaşından rəsmən boşanıb. Bunu Yasamal rayon məhkəməsi də təsdiq edə bilər, mənimlə rəsmən evlidir. Kiminsə gözü götürmürsə, bu mənim yox, onların problemidir. Mətbuatda olan bütün yazıları, kadrları toplamışam. Sadəcə Gülər xanımın indiki vəziyyətinə və İlqara olan hörmətimə görə onlar haqqında hüquqi tədbir görmürəm. Amma bu o demək deyil ki, heç nə etməyəcəm. Cinayət 1 ildən sonra da cinayətdir. O materialları saxlayacam. İl yarımdan bəri təhdid mesajlarının hər birini bir "papkada" toplayıb saxlayıram.
Əgər onlar bir daha mənə qarşı hər hansı bir sms göndərsələr və ya ailəmə qarşı hər hansı addım atsalar, hüquq mühafizə orqanlarına müraciət edəcəm. Özümün, ailəmin təhlükəsizliyini, şəxsi həyatıma müdaxiləni, şərəf və ləyaqətimi alçaltmaq məqsədilə edilənlərin qarşısını almağı hüquq mühafizə orqanlarından xahiş edəcəm. Ötən gün yaşananları isə Gülər Əhmədovanın hazırkı durumuna və İlqar Mikayıloğluna bağışladım. O mənim həyat yoldaşımdı və biz bir-birimizi sevirik.İlqar xahiş etdi ki, onları bağışlayım. Öz əqidəm, tərbiyəm də imkan vermədi ki, hazırkı durumda sevdiyim insanlara qarşı hörmətsizlik edim".
Z.Bayramova bildirdi ki, İlqar bəyin boşandığı həyat yoldaşı və bacısı tərəfindən ona qarşı hücumlar təşkil olunur:
"Yazılanların mahiyyəti isə "nə üçün İlqar səninlə evlənib, məndən boşanıb?" Bunu İlqardan soruşmaq lazımdır. Onların əsas niyyəti budur ki, biz ayrılaq. İlqar yenidən əvvəlki həyat yoldaşı ilə ailə qursun. Amma özünə hörmət edən qadın buna yol verməz. O,bunu istəyirsə, görməyəcək. Biz bir-birimizi sevirik, ayrılmaq fikrimiz də yoxdur. Biz kiminsə kaprizlərinə görə, ayrılmaq üçün ailə qurmamışıq. İndi o SMS-lərdə yazılanları açmıram. Onlar hadisələrin sizin görmədiyiniz tərəfləridir. Bu materialların hamısını saxlayıram. Sabah mənə qarşı heç bir hərəkəti bağışlamayacam. O zaman mənim qabağımda heç kim dayanmayacaq".
Digər ailə üzvlərindən özünə qarşı olan münasibətə gəldikdə isə, o heç bir problemin olmadığını bildirdi:
"Gülər xanımla münasibətimiz çox yaxşıdır, qardaşı deyir "necə istəyirsiz elə də yaşayın". Sadəcə ortalığa düşən bacısı ilə keçmiş həyat yoldaşıdır. Bilmirəm bunları nə məqsəd birləşdirir? Həmin SMS-lərdə həyatım üçün təhlükə olduğu yazılıb. Kadrlardan da görünənlər də əslində həyatım üçün təhlükə deyilmi? Ona görə də bu mənim onlara sonuncu güzəştim idi. Bundan sonra qanun qarşısında cavab verəcəklər. Mən heç nə etmirəm, sakit evimdə, öz ailəmlə oturmuşam".
Dünənki hadisələrdən danışan Z.Bayramova təkcə dünən yox, uzun müddətdir ki, onların zəng, mesajları qarşısında susduğunu dedi:
"İlqarın, Gülərin xatirinə dözmüşəm. Amma bu o demək deyil ki, mən susduqca bunu mənim qorxaqlığım kimi qəbul etmək lazımdır. Xeyr, mən heç kimdən qorxmuram. Çünki mənim arxamda, dövlətim, qanunlarım dayanıb. Nə İlqar, nə də mən yetkinlik yaşına çatmayan insanlar deyilik ki, kimsə bizim üzərimizə gəlsin və biz də qorxaq. Şəxsi həyat toxunulmazdır. Heç kimin ona müdaxilə etməyə ixtiyarı yoxdur. Sabah İlqar çıxıb gedəcəksə, qapısı açıq olacaq. Amma kiminsə məcbur etməsi, hədə-qorxu gəlməsi ilə, şərəf və ləyaqətini alçaltmaqla nəyisə əldə etmək olmaz. Bunun qarşısını almaq üçün qanun, dövlət var".
Həyat yoldaşı İ.Mikayıloğlunun bu vəziyyətdən utandığını söylədi:
"Ən azından dünən üçün bu lazım deyildi. Buna onların qabiliyyəti çatmadı. Əlbəttə, İlqar bundan utanır. Düz də edir utanmaqla. İlqarın da fikrini öyrənə bilərsiz. Düzdür, o şəxsi həyatına müdaxiləni sevmir. Amma elə vəziyyət yaratdılar ki, susmaq olmur. Bu vəziyyətdə sussaq, günahkar biz olarıq. Axı biz günahkar deyilik, kiminləsə evlənib, boşanmaq qəbahət deyil".
Deyilənlərə qarşı tərəfin də fikrini öyrəndik. G.Əhmədovanın bacısı, G.Quliyeva isə bunun məişət zəminində baş verən hadisə olduğunu, mətbuatın maraqlanmadan, soruşmadan yazdıqlarının yetərli olduğunu dedi:
"Orada əsəblər gərgin vəziyyətdə idi. Ona görə də onu bu qədər şişirtməyə ehtiyac yoxdur. Ailədaxili məsələ idi. Nə yazırlar yazsınlar əhəmiyyət vermirəm. Orada insanlar çox idi, fikirlər də çoxdur. Hər kəsin qarşısına çıxıb, nəyisə sübut etməyə çalışmıram, buna fikrim də yoxdur. Bu ailə-məişət zəminində baş verən hadisədir.
Zülfiyyə Bayramovaya qarşı təhdid mesajlarının olmasına gəldikdə isə, bu məsələnin şişirdildiyini bildirdi:
"Mən nə onun nömrəsini bilirəm, nə SMS göndərmişəm, nə də ona zəng etmişəm. O heç mənə maraqlı da deyil. Onu heç ailəmiz də qəbul etməyib".
G.Quliyeva Z.Bayramovanın əlindəki məlumatlar əsasında hüquq mühafizə orqanlarına müraciət etmək istəməsinə də münasibət bildirdi:
"Nə istəsə edə bilər, onu da anlayıram. Hər halda İlqarın bacısı olaraq onu qəbul etmirəmsə, o da bunu etmək məcburiyyətindədir. Hansı yolla nəsə etmək istəyir etsin, yolu açıq olsun.
Tək mən yox, başda anam olmaqla hər biriniz İlqarın əvvəlki həyat yoldaşını, onun övladlarını qəbul edirik. Bizim Zülfiyyə adlı gəlini qəbul etmirik. Evləniblər öz işləridir. Məcbur da deyilik onu qəbul etməyə. Zülfiyyəni qəbul etməməyimizin əvvəlki həyat yoldaşı ilə heç bir əlaqəsi yoxdur. Sadəcə məhkəmədə mənə qarşı təhqiredici söz səsləndirdi, bu hadisə də ondan sonra yaşandı. Bu İlqarla evliliyi ilə əlaqədar deyil".
Əldə etdiyimiz digər məlumatlara görə isə, İ.Mikayıloğlunun boşandığı həyat yoldaşı onun keçmiş qayınanası ilə birlikdə yaşayır. İ.Mikayıloğlu isə evindən çıxıb, ikinci həyat yoldaşı ilə başqa evdə yaşayır. Ailə isə onun əvvəlki həyat yoldaşını evdən çıxartmır ki, "İlqar səhv eləyib, nə vaxtsa qayıdacaq".
Strategiya.az
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM