Tərtər rayonunda 2 ədəd partlamamış hərbi sursat aşkar olunub. Bu barədə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) bildiriblər.
Tərtər rayonu
Cəmilli kəndi - 1 ev və həyətyanı sahədə 7 partlayış yerinə baxış keçirilmiş, 1 ədəd qrad raketinin mühərrik hissəsiaşkar edilərək götürülmüş, nəticə etibarı ilə 7 000 kv. m ərazi yoxlanılmışdır.
Əskipara kəndi - 2 ev və həyətyanı sahədə 2 partlayış yerinə baxış keçirilmiş, nəticə etibarı ilə 9 500 kv. m ərazi yoxlanılmışdır.
Çaylı kəndi - 1 ev və həyətyanı sahədə 1 partlayış yerinə baxış keçirilmiş, 1 ədəd partlamamış 152 mm-lik top mərmisi aşkar edilərək götürülmüş, nəticə etibarı ilə 5 000 kv. m ərazi yoxlanılmışdır.
Ağcabədi rayonu
Boyat kəndi - 1 əkin sahəsində 1 partlayış yerinə baxış keçirilmiş, partlamamış hərbi sursat (PHS) aşkar olunmamış və nəticə etibarı ilə 20 000 kv. m ərazi yoxlanılmışdır.
Ağdam rayonu
Qaradağlı kəndi - 1 əkin sahəsində 2 partlayış yerinə baxış keçirilmiş, partlamamış hərbi sursat (PHS) aşkar olunmamış və nəticə etibarı ilə 10 000 kv. m ərazi yoxlanılmışdır.
Zəngişalı kəndi - 1 əkin sahəsində 1 partlayış yerinə baxış keçirilmiş, partlamamış hərbi sursat (PHS) aşkar olunmamış və nəticə etibarı ilə 8 000 kv. m ərazi yoxlanılmışdır.
Füzuli rayonu
Şükürbəyli kəndi - 2 əkin sahəsində 2 partlayış yerinə baxış keçirilmiş, nəticə etibarı ilə 680 kv. m ərazi yoxlanılmışdır.
26 May tarixində 4 ev və həyətyanı sahə, 5 əkin sahəsi, 16 partlayış yerinə baxış keçirilmiş, 2 ədəd partlamamış hərbi sursat (1 ədəd qrad raketinin mühərrik hissəsi və 1 ədəd 152 mm-lik top mərmisi) aşkar olunaraq götürülmüş və gün ərzində 60 180 kv. m ərazi təmizlənmişdir.
Ümumilikdə Agentlik tərəfindən 7 Aprel - 26 May 2016-cı il tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy, Tovuz, Samux, Şəmkir, Cəlilabad, Ucar rayonlarında, Mingəçevir, Sumqayıt və Bakı şəhərlərində 528 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbiristanlığı, 3 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 14 ferma, əkin sahələri və 1 çaxır zavodu ərazisinə baxış keçirilmiş, 1 460 ədəd partlamamış hərbi sursat, 11 ədəd piyada əleyhinə mina (PMN), 2 ədəd piyada əleyhinə POMZ-2 və 6 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilmişdir.
Hal-hazırda Agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.
Strategiya.az