Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Strategiya.az-a verilən məlumata görə, “Təmiz şəhər” ASC-nin ərazisindən “DGT-9” markalı qumbaraatan və 2 ədəd mərmi, alışqansız qumbara, pnevmatik tapança, tüstüyayıcı cihaz və 768 ədəd patron tapılaraq Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsinə təhvil verilib.