“Azərbaycan mətbuatında multikulturalizm” mövzusunda seminar keçirildi

14:52 / 27.05.2016

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində “Kamillik” Vətəndaşların Hüquqi Maarifləndirilməsi İctimai Birliyi AR Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının layihəsi əsasında “Azərbaycan mətbuatında multikulturalizm” mövzusunda seminar keçirib.

Seminarda jurnalistlər və bir neçə universitetin jurnalistika fakültəsinin tələbələri iştirak ediblər. 

Tədbirdə çıxış edən “Kamillik” Vətəndaşların Hüquqi Maarifləndirilməsi İctimai Birliyinin sədri Niyaz Niftiyev həmkarlarımızın bu tip mövzulara səthi yanaşdığını, problemin mahiyyətini daha çox subyektiv mülahizələri ilə əsaslandırmağa çalışdıqlarını bildirib: “Nəticədə, problemə qeyri-obyektiv mövqedən münasibət bildirilir, bir sıra reallıqlar və tarixi gerçəkliklər təhrif olunur”. N. Niftiyev bildirib ki,  tarixin müxtəlif vaxtlarında Azərbaycan mətbuatında mültikulturalizm ənənələri mövcud olub: “XIX əsrin ikinci yarısından başlayaraq, Azərbaycanda rus dilində qəzetlər nəşr edilməyə başladı. Artıq, 1905-1907-ci illərdə 70-dən çox qəzet və jurnal rus dilində nəşr edilirdi. Eyni zamanda, XX əsrin əvvəllərində erməni və gürcü dilində nəşr edilən mətbuat orqanları da var idi. 1907-ci ildə Bakıda polyakların da “Faris” adlı bir qəzeti nəşr olunurdu. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan 17 ay sonra "Mətbuat Nizamnaməsi"nin qəbulu ölkədə mətbuatın inkişafı üçün bütün maneələri aradan qaldırdı. Həmin dövrdə ölkə ərazisində 150-yə qədər mətbuat orqanı nəşr edilirdi. Bunların 60-dan çoxu Azərbaycan, 70-dən çoxu rus, təxminən, 14-15 mətbuat orqanı isə digər dillərdə çap olunurdu”. N. Niftiyev əlavə edib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra milli azlıqların mətbuat sahəsindəki fəaliyyəti ardıcıl və davamlı olub: “Azərbaycanda yaşayan etnik icmaların dilində 15, rus dilində isə 30-dan çox qəzet və jurnal nəşr olunur. Telekanallarda milli azlıqların etnik mədəni həyatı, etnoqrafiyası barədə müntəzəm materiallar hazırlanır. Milli azlıqların sıx yaşadığı 5 bölgədə isə yerli teleradio kanalları fəaliyyət göstərir”. 

Azərbaycan Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli bildirib ki, Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 31 iyul tarixli Sərəncamı ilə təsdiq edilən "Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyasının "Kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyinin sahələri" bölməsində dövlətin, əsasən, hansı sahələr üzrə proqram və layihələrin həyata keçirilməsini dəstəklədiyi xüsusi qeyd olunur: “Burada da "Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi" xüsusi bənd kimi göstərilir. 2009-cu ildən bu günədək ildə iki dəfə jurnalistlər üçün fərdi yazı müsabiqəsi zamanı "Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi" mövzusunda yüzlərlə məqalə təqdim olunub. Bu yazılar, eyni zamanda, müəlliflərin çalışdıqları KİV-lərdə işıq üzü görüb”.

“Müvəkkil” Hüquq Mərkəzinin sədri, layihənin eksperti Səməd Vəkilov  multikultiralizmin hüquqi aspektlərindən danışıb. O, qeyd edib ki,  BMT-nin 1948-ci ildə qəbul etdiyi Ümumdünya İnsan Haqları Konvensiyası bu sahədə çox mühüm sənəddir: “1992-ci ildə  Azərbaycan BMT-yə üzv olub, beynəlxalq birliyin müstəqil subyektinə çevrilib. Azərbaycan bu Konvensiyanı imzalayıb, multikultiralizm  dəyərlərinə önəm verib”. S. Vəkilov bildirib ki, o zaman multikultiralizm anlayışı olmasa da, beynəlxalq Konvensiyada mədəni müxtəliflik anlayışına və hüquqlara yer ayrılırdı: “Azərbaycan ikinci dəfə öz müstəqilliyini əldə etdikdən sonra milli və beynəlxalq səviyyədə multikultural məsələlər öz həllini tapıb.”

Jurnalist Araşdırmalar Mərkəzinin sədri, layihənin eksperti Seymur Verdizadə ABŞ və Azərbaycanda multikulturalizmin fərqləri barədə danışıb. O, bildirib ki, bir neçə il öncə ABŞ-a səfər edib: “Nyu-Yorkda hava limanına enərkən bizə məsləhət gördülər ki, bir neçə küçə var ki, ora getməyək. Səbəbini soruşanda dedilər ki, bu həyati təhlükədir. Azərbaycana isə qonaq gələndə biz birinci Qusarın adını çəkirik, xarici qonaqları Lənkərana, Lerikə göndəririk. Biz kiməsə demirik ki, hansısa bölgədə azsaylı xalq yaşayır.  Bizim ölkədə azsaylı xalqların nümayəndələri ən dilbər guşələrdə yaşayır”.

Sonra çıxış edən Strategiya.az saytının redaktor müavini  İsmayıl Qasımov  Azərbaycanın zəngin multikultiralizm ənənələrindən danışıb: “Bura tək təbii sərvətlər daxil deyil, Azərbaycanın həmçinin mənəvi irsi də var. Multikultiralizm Azərbaycanın sərvətidir. Ermənistanı Azərbaycanla müqayisə etsək, monoton Ermənistanda bir din, bir millət, bir davranış var. Azərbaycan isə gözəl bir çəmənlikdir ki, burada bütün çiçəklər var”. 

Seminarda gənc fəal Orxan Bayramov və başqaları çıxış edərək mövzu ilə bağlı fikir və mülahizələrini bildiriblər.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM