Fransa KİV-i: "Ermənilər aprel döyüşlərində 8 təpə itirdilər"

15:50 / 27.05.2016

Bu günlərdə Fransanın nüfuzlu "L'Opinion" qəzetində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında məqalə dərc edilib. Məqalədə münaqişənin yaranma tarixindən, aprel ayında baş vermiş 4 günlük müharibədən bəhs edilir. Fransanın Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı gələn ay növbəti görüşü təşkil etmək istədiyi diqqətə çatdırılır.

Yazıda aprel döyüşləri zamanı Azərbaycan Ordusunun əldə etdiyi uğurlar barədə məlumat verilir, beynəlxalq hüquqa əsasən, bu ölkəyə mənsub olan ərazinin bir hissəsini azad etdiyi diqqətə çatdırılır. Azərbaycan Silahlı Qüvvələrinin bu uğurlarını Ermənistan prezidenti Serj Sarkisyanın da etiraf etməli olduğu vurğulanır.

Müəllif, həmçinin Azərbaycan və Ermənistan prezidentlərinin Vyanada keçirilən görüşü barədə oxucuları məlumatlandırır.

Məqalədə Ermənistan-Azərbaycan münaqişəsinin həlli üçün Madrid prinsiplərinin baza olduğu bildirilir.

Ermənistanın münaqişə ilə bağlı mövcud status-kvonu saxlamağa çalışdığı, son hadisələrdən sonra narahat olduğu diqqətə çatdırılır. Azərbaycanın demoqrafik və iqtisadi baxımdan Ermənistandan üstün olduğu vurğulanır.

Strategiya.az modern.az-a istinadən həmin məqalənin tərcuməsini olduğu kimi oxucuların diqqətinə çatdırır:

Dağlıq Qarabağ: Fransa Ermənistanla Azərbaycanın zirvə görüşünə ev sahibliyi etmək istəyir.

Aprel ayındakı 4 günlük müharibə torpaqlar üzərində nəzarəti dəyişdi və müzakirələrin yeni mərhələsinə yol açdı. Ermənistan isə narahatdır.

Faktlar: Fransa iyunun sonunda Azərbaycanla Ermənistan arasında  yaranmış münaqişəni çözmək üçün Dağlıq Qarabağla bağlı beynəlxalq səviyyədə zirvə görüşünə ev sahibi olmağı təklif edir. İki ölkə arasında aprelin əvvəlində baş vermiş 4 günlük müharibə yüzlərlə insanın ölümü ilə nəticələndi. Bu ona baha başa gəlsə də, Serj Sarkisyan qələbə barədə xəbərlərin ziddinə olaraq mayın 17-də etiraf etdi ki, aprelin 2-si və 5-i arasında baş vermiş "4 günlük döyüşlərdə" Azərbaycan Ordusunun hücumu zamanı erməni silahlı qüvvələri bir qədər torpağı tərk edərək geri çəkilməli olub. O, 800 hektardan danışır, halbuki qarşı tərəf bu rəqəmin 2000 hektar olduğunu söyləyir. İstər 8 kv. km olsun, istərsə də 20 kv.km, istənilən halda münaqişə obyekti olan ümumilikdə 8000-kv.km-lik bir ərazi (Elzas boyda) fonunda bu, bir qədər gülməli görünür. Bununla belə, Azərbaycanın bu kiçik hərbi qələbəsi siyasi durumu dəyişdi: ermənilər qarşısındakı məğlubiyyətindən və 1994-cü ildən mövcud olan atəşkəsdən bəri Azərbaycan ilk dəfə beynəlxalq hüquq baxımından ona məxsus torpaqları geri qaytarmağa nail oldu. 

"Opinion" ("Rəy") saytının 12 aprel tarixli sayinda qeyd etdiyi kimi, söhbət münaqisə tərəfləri arasında təmas xətti boyunca cənubda və şimalda, müxtəlif sektorlarda yerləşən 8 təpədən gedir. Aprelin əvvəllərində baş vermiş insidentdən sonra, insan ölümünə səbəb olan hadisələr barədə xəbərlər verilsə də, diplomatların "iş adamlarından" daha cevik oldugu  görünməkdədir. Hər iki ölkənin prezidenti Serj Sarkisyan və İlham Əliyev ABŞ dövlət katibi Con Kerrinin təşəbbüsü ilə mayın 16-da Vyanada görüşdülər. Görüş 1992-ci ildən bəri bu münaqişənin sülh yolu ilə həllinə çalışan ATƏT-in Minsk qrupu (ABŞ, Rusiya və Fransa) çərçivəsində keçirildi. 
Hər iki dövlət başçısı 5 aprel tarixli atəşkəsə sadiqliyini təsdiq etdi və yeni bir zirvə görüşünün kecirilməsini qəbul etdi. Belə bir görüş iyun ayının sonunda Parisdə keçirilə bilər.

Madrid prinsipləri: Burada əsas ideya bir araya gətirilməsi heç də asan olmayan iki böyük prinsipin güc tətbiq etmədən birləşdirilməsidir: xalqların öz müqəddəratını həll etməsi və suveren dövlətlərin ərazi bütövlüyünə əməl edilməsi. 
Dağlıq Qarabağ Stalinin etno-milli mühəndisliyinin məhsuludur: əsasən, ermənilərin yaşadığı bu dağlıq massiv Azərbaycan Sovet Respublikasının muxtar vilayəti olub. Bu ərazini Ermənistan Sovet Respublikasından bir neçə kilometr məsafə ayırırdı. SSRİ dagılanda bu iki xalq müharibə durumu ilə üzləşdi və nəticədə Azərbaycan öz ərazilərinin 20%-i üzərində nəzarəti itirdi. 
Nəticədə əvvəlki vilayətin beynəlxalq aləmdə heç kimin tanımadığı " Dağlıq Qarabağ Respublikası "na çevrilməsilə bərabər, həm də  onun ətrafındakı 7 rayon itirildi. 

Diplomatların fikrincə, məsələnin həllinin əsas ideyası aşağıdakından ibarətdir: 
Ermənistan bu bölgələrdən çəkilir və Azərbaycan o əraziləri geri alır, bunun əvəzində, təxminən 100 000 erməninin yaşadığı Dağlıq Qarabağda əhalinin öz müqəddəratını təyin etmə hüququnu tanıyır. Hər iki ölkədə hökm sürən millətçilik əhval-ruhiyyəsi nəzərə alınarsa, məsələnin bu həll yolunun elə də asan olmadığı anlaşılır. Təsadufi deyil ki, 2014 və 2015-ci illərdə iki ölkə arasında baş tutmuş bütün zirvə görüşləri ugursuz olub.

Güc artımı: Bu vaxta qədər status-kvodan məmnun olan Ermənistan əsən küləyin ona xeyir gətirməyəcəyini hiss edir. İqtisadiyyatında heç bir inkişaf müşahidə edilməyən və demoqrafik durumu bərbad vəziyyətdə olan qonşusu ilə müqayisədə Azərbaycanın həm əhalisi çoxdur, həm də neftin hesabına daha zəngin bir olkədir. Azərbaycan rus silahları ilə silahlanmış, eləcə də Türkiyə və İsrailin dəstəyini qazanmış daha keyfiyyətli bir ordu qurub. Azərbaycanın hərbi gücü artmaqda davam edir. Aprel döyüşlərinin nəticələri də güclər nisbətinin artıq dəyişdiyini göstərir.

Bu hərbi faktora Ermənistanın öz ənənəvi  muttəfiqi olan Rusiya tərəfindən aldadılmaq qorxusu da əlavə olunur. Apreldə Moskva atəşkəsi qəbul etdirdi. Əslində, yaranmış duruma görə, Moskva Kollektiv Təhlükəsizlik Müqaviləsi çərçivəsində Ermənistana yardım etməli idi, amma Rusiyanın eyni zamanda Azərbaycanı itirməyə də nə həvəsi var, nə də marağı. Bu dairədə yüksək çinli rus diplomatlarından biri belə deyir: "Hər iki tərəf bizim müttəfiqimizdir. Tarixi və geopolitik səbəblərdən biz Ermənistanı heç vaxt ata bilmərik. Amma hər iki tərəfin irəliyə doğru addım atması zamanı gəlib. Kompromisə ehtiyac var, amma ermənilər çox dikbaşlıq edirlər".

Yaxın xaricindəki dövlətin "dikbaşlığını" müşahidə etdikdə isə bəlkə də  Moskvanın narahat olmağa başlaması təbiidir...


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM