Strategiya.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Suraxanı rayonunda 1 nəfərin intihar məqsədilə üçmərtəbəli fərdi yaşayış evinin pəncərəsinə çıxması barədə məlumat daxil olub. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub, intihara cəhdin qarşısı alınıb, vətəndaş aidiyyəti üzrə təhvil verilib.