Azərbaycan musiqisinə qarşı növbəti təxribat

15:47 / 28.05.2016

Strategiya.az-a verilən məlumata görə, 21 may 2016-cı il tarixində Almaniyanın Hannover şəhərində “Sarı gəlin” adı altında konsert proqramı keçirilmişdir. Şəhər bələdiyyəsinin hamiliyi altında baş tutan konsertdə Suriyadan gəlmiş erməni mənşəli İbrahim Keyvo da çıxış etmişdir. Gecədə ifa olunmuş Azərbaycan xalq mahnısı “Sarı gəlin” erməni mahnısı kimi təqdim olunmuşdur.

Bildiririk ki, folklor nümunələrinin qorunması haqqında Azərbaycan Respublikası xüsusi Qanun qəbul etmişdir. Həmin Qanuna əsasən xarici ölkə vətəndaşları Azərbaycan folklorundan, o cümlədən folklorun tərkib hissəsi olan xalq mahnılarından kommersiya məqsədləri ilə istifadə etmək üçün Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyindən icazə almalı və qanunvericiliklə müəyyən edilmiş qaydada haqq ödəməlidir.

Bu folklor nümunələrinin qorunması ilə bağlı məsələlər "Ədəbi və bədii əsərlərin qorunması haqqında" Bern Konvensiyanın 15-ci maddəsinin 4-cü hissəsinin "a" yarımbəndinin müddəaları (müəllifi naməlum əsərlərə münasibətdə hüquqları müdafiə etmək həmin ölkənin müvafiq səlahiyyətli dövlət orqanı tərəfindən həyata keçirilir) əsas götürülməklə tənzimlənir. Göstərilən Konvensiyaya, həmçinin "Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Müəllif Hüquqları Agentliyi Azərbaycan xalqına məxsus olan folklor nümunələrinin qorunması ilə bağlı müvafiq tədbirlər görməyə səlahiyyətlidir.

Tanınmış Azərbaycan bəstəkarı, Əməkdar incəsənət xadimi Cavanşir Quliyevin Müəllif Hüquqları Agentliyinə təqdim etdiyi Ekspert Rəyində bildirilir ki, "Sarı gəlin" mahnısı "Şur" məqamında yazılıb. "Şur" məqamı Azərbaycan muğam sənətinin yeddi əsas məqamlarından biridir və milli musiqi məişətində ən çox istifadə olunur. Minlərlə Azərbaycan mahnısı bu məqam üzərində qurulub və tarix boyu bütün el şənliklərində ifa olunub. Janr etibarı ilə "Sarı gəlin" uzun havadır. "Uzun hava" türkdilli xalqların folklorunun tərkib hissəsidir. Janrdan gələn forma quruluşu isə başqa xalq mahnılarından fərqlənir: nəqarət yoxdur. Nəqarətin   funksiyasını   "Şur"   muğamının   "Şur-Şahnaz"   şöbəsinə   edilən modulyasiya icra edir. "Şur-Şahnaz" ancaq Azərbaycanda təşəkkül tapmış "Şur" dəstgahının əsas şöbələrindən biridir.

Beləliklə, "Sarı gəlin" azəri türklərinə məxsus olan qədim xalq mahnısıdır. Bu mahnını bütün türk xalqları, hətta ermənilər də ifa edirlər. Lakin "Sarı gəlin"i ermənilərin ifa etməsi onun erməni mahnısı olması demək deyil.

Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov tərəfindən rus, ingilis və digər dillərdə nəşr olunmuş "Armyanskiye inarodnıye skazki" (“Erməni yadelli nağılları”, “Tall Armenian tales: A guide to the “Art” of Heritage thievery”) kitabında erməni ədəbi oğurluqlarını, o cümlədən "Sarı gəlin" xalq mahnısının erməniləşdirilməsi cəhdlərini ifşa edən faktlar toplanmışdır.

Kitabda "Sarı gəlin" xalq mahnısının erməniləşdirilməsinə göstərilən cəhdlərlə əlaqədar qeyd edilmişdir ki, hələ 1925-ci ildə Yerevanda Elm və Incəsənət İnstitutu yanında xalq musiqisi və folklorunun toplanması və öyrənilməsi üzrə xüsusi bölmə yaradılmışdı. Bu bölməyə çoxsəsli klassik erməni musiqisinin banisi S. Komitasın (Soqomonyanın) şagirdi S. Məlikyan rəhbərlik edirdi.

1959-cu ildə çapdan çıxmış "Ensiklopedik musiqi lüğət”ə uyğun olaraq, çoxsaylı erməni tədqiqatlarında "Erməni musiqisinin dahisi" kimi təqdim olunan S. Komitas dini musiqi ilə yanaşı, üç mindən artıq mahnını da yazıya köçürmüşdür ki, hazırda onlardan 500-ə yaxını saxlanılır. Yazıya köçürülmüş həmin xalq musiqisindən biri "Yes keza tesa" adı altında erməni xalq mahnısı kimi təqdim edilmiş qədim Azərbaycan mahnısı "Sarı gəlin"dir. Başqa mahnılar sırasında bu mahnı da S. Məlikyan tərəfindən S. Komitasın "Etnoqrafik toplusu"nda şərhlə nəşr olunmuşdur. Bu kompilyasiya "SSRİ xalqlarının musiqi tarixi"ndə qeyd edildiyi kimi, sonralar bəstəkar K. Zaxaryanın işləməsində (təxminən ötən əsrin 30-cu illərində) verilmişdir.

Belə cəhdlər bu günə qədər davam edir, özü də ermənilər onu "Sarı gəlin" kimi ifa etməyi daha üstün tuturlar, nəinki "Yes keza tesa" adı altında oxumağı.

“Sarı gəlin” mahnısının etimologiyası da onun türk köklü mahnı olmasını sübut edir.

"Sarı gəlin" sadəcə sarışın saçlı, nurlu, parlaq gəlin deyil, həm də onun gizli mənası vardır. Azərbaycan dilində "gəlin" sözü "gəlmək" felindən yaranmışdır, "sarı" isə "bizə doğru", deməli, "bizə doğru gələn gəlin" deməkdir.

Mütəxəssislərin fikrincə, "Sarı gəlin" xalq mahnısının ən azı bir neçə yüz illər tarixi vardır. İntonasiyasına görə mahnı 3-4 notun üzərində qurulub.

“Sarı gəlin” mahnısının erməniləşdirilməsi ilə bağlı bir sıra məqalə, ekspert rəyləri və bəyannamələr Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi tərəfindən dərc olunmuş, hətta mahnının özünkiləşdirməsi ilə bağlı Ümumdünya Əqli Mülkiyyət Təşkilatına öz etirazını göndərmişdir.

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi 2016-cı ilin 11 iyun tarixində Almaniyanın Hildeshaymdə və 25 iyun tarixində Bremerhavendə “Sarı gəlin” adlı konsertlərin keçiriləcəyinə etirazını bildirir və bu məsələdə son dərəcə həssas, diqqətli olmağı, eyni zamanda milli maraqları heç vaxt kommersiya maraqlarına qurban verməməyi tövsiyə edir.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM