RİA Novosti agentliyinin verdiyi məlumata görə, ötən gecə Kiyev vilayətinin Brovar rayonunun Litoçka kəndində qocalar üçün inşa edilmiş şəxsi evdə yanğın baş verib.
Nəticədə 17 yaşlı şəxs həyatını itirib. Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Komitəsi onların hamısının cəsədinin aşkarlandığını açıqlayıb. Xəstəxanaya yerləşdirilən 5 nəfərdən ikisinin durumunun ağır olduğu da açıqlanıb.
Hüquq-mühafizə orqanları həmin qocalar evinin qeyri-qanuni tikildiyini bildirib. Hadisəyə televizorda baş verən partlayışın səbəb olduğu ehtimal edilir. Cinayət işi açılıb, araşdırma aparılır. (APA)