Ziyafət Əsgərov: "NATO baş katibinin müavini dedi ki, heç bir halda Azərbaycanın sərhədləri dəyişdirilə bilməz"

19:54 / 30.05.2016

Strategiya.az Milli Məclis sədrinin birinci müavini,NATO Parlament Assambleyasında Azərbaycan parlamenti nümayəndə heyətinin rəhbəri Ziyafət Əsgərovun APA-ya müsahibəsini təqdim edir 

 

- Mayın 29-da Albaniyanın paytaxtı Tiranada NATO PA-nın yaz sessiyası başlayıb. Sessiyada hansı məsələlər müzakirə olunur?

- Dünən biz Dağlıq Qarabağın tarixi məsələsini qaldırdıq. Bütün auditoriyaya sübut etməyə və onları inandırmağa çalışdıq ki, Dağlıq Qarabağ tarixi Azərbaycan ərazisi olub və bu gün də Azərbaycan ərazisidir. Bunu tarixi faktlar və dəlillərlə sübut etdik. Qafqaz Bolşeviklər Bürosunun 1921-ci il 5 iyul qərarı var, ona "Stalin qərarı" deyirlər. Guya Dağlıq Qarabağı Stalin azərbaycanlılara verib. Sübut etdik ki, əvvəla 1921-ci ildə Stalin hələ ölkə başçısı deyildi. Stalin 1923-cü ildə ölkə başçısı olub. 1921-ci il iyul ayının 5-də Rusiya Kommunist Partiyasının Qafqaz Bürosu qərar qəbul edib ki, Dağlıq Qarabağda yaşayan ermənilərin Azərbaycanla daha sıx iqtisadi və siyasi əlaqələrini nəzərə alaraq, Dağlıq Qarabağın Azərbaycanda saxlanılması bir daha məsləhət görülsün. Bu, o deməkdir ki, Dağlıq Qarabağəvvəldən də Azərbaycanın tərkibində olub, yenə də məsləhət görülüb ki, Azərbaycanın ərazisində qalsın. Çünki Mikoyan hələ o vaxt Leninə yazırdı ki, əgər Dağlıq Qarabağ Yerevana verilsə, ermənilər acından öləcəklər. Bu tarixi faktların hamısını səsləndirdik. Hesab edirəm, çox yaxşı oldu.

 

İkinci qaldırdığımız məsələ işğal məsələsi oldu. Biz 1992-ci ildən bu yana nə beynəlxalq  sənədlər varsa, beynəlxalq hüququn norma və prinsiplərini əsas gətirərək onlarıə NATO Parlament Assambleyasında iştirak edən həmkarlarımızın nəzərinə çatdırdıq. Bildirdik ki, ermənilər nə BMT-nin Təhlükəsizlik Şurasının dörd qətnaməsini, nə də BMT-nin Baş Assambleyasının qərarını icra edirlər. Eyni zamanda Avropa İttifaqının,Avropa Şurası Parlament Assambleyasının qərarını da icra etmirlər. Çıraqovların Avropa Məhkəməsində ermənilərlə bağlı iddiası olmuşdu, onu da misal gətirdik, Sərsəng su anbarı ilə əlaqədar bütün sənədləri 50 ayrı-ayrı cilddə nümayəndə heyətinin üzvlərinə təqdim etdik. Digər bir məsələ - “Metsomor” Atom Elektrik Stansiyasının bölgə üçün təhlükəsi ilə əlaqədar çıxış etdik. Bildirdik ki, bu köhnə atom elektrik stansiyasıdır və stansiya Çernobıl Atom Elektrik Stansiyasının texnologiyası əsasında tikilib, istismar müddətini tamamilə itirib. Bu stansiya istənilən vaxt böyük faciəyə səbəb ola bilər. Eyni zamanda seysmik zonada yerləşir və istənilən vaxt bu stansiya nəinki Ermənistan, eyni zamanda onun ətrafında da çox böyük bir faciə əmələ gətirə bilər. Ona görə də nümayəndə heyətlərindən, NATO Parlament Assambleyasının sədrindən, baş katibindən xahiş etdik ki, bu məsələ Beynəlxalq Atom Agentliyində müzakirə olunsun, gəlib vəziyyətlə tanış olsunlar. Əminəm ki, gəlib baxsalar, görəcəklər, bu tamamilə köhnəlmiş, istismar müddəti başa çatmış stansiyadır və bağlanmalıdır.

 

- Sessiyanın ikinci günü hansı məsələlər ətrafında müzakirələr aparılıb?

 

- Bu gün NATO baş katibinin müavini çıxış etdi, mən ona sual verdim ki, siz Azərbaycanın ərazi bütövlüyünə, işğal faktına necə baxırsınız? Baş katibin müavini suala konkret cavab verdi. Dedi ki, biz Azərbaycanın ərazi bütövlüyünü tanımışıq, tanıyırıq və heç bir halda Azərbaycanın sərhədləri dəyişdirilə bilməz. Eyni zamanda qeyd etmək istərdim ki, biz sessiyada komanda şəklində iştirak etdik və bizim nümayəndə heyətinin üzvləri çox fəal iştirak etdilər.

 

- Ermənistan nümayəndə heyəti ilə bağlı hər hansı ziddiyyətli hal, mübahisəli məqam qeydə alındı?

 

Mübahisəli məqamlar təbii ki, oldu. Biz həqiqətləri arqumentlərlə sübut edirdik, ermənilər isə yerlərindən qışqırıq, haray-həşir saldılar. Bu ermənilərin milli xüsusiyyətləridir. Arqument olmayanda qışqırırlar. Bizim nümayəndə heyətinin üzvləri də şahid oldular ki, ermənilər həqiqətən gülünc vəziyyətə düşdülər. Çünki əlində əsas olmayanda, erməni nümayəndə heyəti məəttəl qaldı ki, nə desin? İşğala məruz qalan, torpaqları işğal olunan bizik, axı siz nə deyəcəksiniz?

 

- Cəbhə xəttində ötən ay baş verənlərlə bağlı danışıqlar aparıldımı?

 

- Ermənistan qoşunlarının bizə qarşı 2-5 aprel təxribatı ilə bağlı əsl həqiqətlərii çalışdıq ki, NATO Parlament Assambleyasında olan həmkarlarımıza izah edək. Bildirdik ki, ermənilər Azərbaycan ərazisinə soxulub, bizim ərazimizdə müharibə aparırlar, biz başqasının ərazisinə soxulmamışıq, öz ərazimizi müdafiə edirik və ermənilər yenə də təmas xəttində təxribat törədiblər, yüzlərlə vətəndaşımızın evini dağıdıblar, mülki vətəndaşlarımızı öldürüblər. Eyni zamanda 50 ev tamamilə dağıdılıb, qocalar, cavanlar, uşaqlar öldürülüb. Belə olan vəziyyətdə biz buna dözə bilməzdik, düşmənin qarşısını almaq üçün əməliyyatlar aparmağa məcbur olduq.

 

- Sizin Albaniya parlamentinin spikeri İlir Meta və xarici işlər naziri Ditmir Buşati ilə görüşləriniz nəzərdə tutulmuşdu. Görüş baş tutdu?

 

- Bəli, bizim Albaniya parlamentinin spikeri İlir Meta ilə çox məhsuldar görüşümüz oldu. Görüşümüzdən dərhal sonra İlir Meta bəyanat verdi ki, Azərbaycanın ərazi bütövlüyünü birmənalı olaraq dəstəkləyir və Dağlıq Qarabağ, ona bitişik işğal olunmuş digər əraziləri Azərbaycanın tərkib hissəsi hesab edir. 


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM