Gün.Az İtar Tass-a istinadən xəbər verir ki, bu haqda Ali Rada tərəfindən təyin olunmuş Ukrayna baş naziri Arseni Yatsenyuk parlamentdə çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, 2014-cü ildə Ukraynada inflyasiya həddi 12-14% təşkil edəcək. Bundan əlavə büdcə kəsirinin ümumi həcmi 289 milyard qriven (28 milyard dollara yaxın) təşkil edir.
“Ölkə iqtisadi və maliyyə iflası həddindədir. İlk rəqəm ümumi büdcə kəsirinin – ölkədə 2014-cü ildə çatışmayan vəsaitin göstəricisidir. Büdcə kəsirinin ümumi həcmi isə 289 milyard qriven təşkil edir” - A.Yatsenyuk qeyd edib.
“2014-cü ilin nəticələrinə görə Ukraynada ümumi daxili məhsulda azalma 3% ola bilər. Hökumətin təklif etdiyi sabitləşdirmə tədbirləri paketi qəbul olunarsa, azalma bu həddə çatacaq. Əks təqdirdə ÜDM-in defolt “mənfi” 10% olması təhlükəsi vardır” - deyə Ali Radada çıxışı zamanı Yatsenyuk söyləyib.