Azərbaycanda medianın palitrası artıq tam formalaşıb, ölkədə 50-dən artıq televiziya və radio, yüzlərlə qəzet, jurnal, informasiya agentliyi, internet informasiya resursları, jurnalist təşkilatları və media yayım formaları fəaliyyət göstərir.
AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov mayın 31-də Avropa İttifaqı və Avropa Şurasının birgə “Proqramlar üzrə Əməkdaşlıq Çərçivəsi”nin “İfadə və media azadlığı” layihəsi çərçivəsində diffamasiya mövzusunda “dəyirmi masa”dakı çıxışında söyləyib.
Dövlət müstəqilliyini əldə etdikdən sonra Azərbaycan Respublikasında fikir, söz, məlumat azadlığının təmin edilməsi, müstəqil medianın formalaşdırılması vətəndaş cəmiyyəti quruculuğu və demokratikləşmə prosesinin əsas istiqamətlərindən biri kimi daim dövlətin diqqət mərkəzində olduğunu vurğulayan Əli Həsənov deyib: “1995-ci ildə qəbul olunmuş Konstitusiyada müvafiq normalar təsbit olunmuş, ümummilli lider Heydər Əliyevin fərmanı ilə 1998-ci ildə ölkədə senzura ləğv edilmiş, KİV azadlığının təmin olunması üçün qanunvericilik bazası təkmilləşdirilmiş və beynəlxalq standartlara uyğunlaşdırılmış, medianın iqtisadi müstəqilliyinin gücləndirilməsi üçün çoxsaylı praktiki addımlar atılmışdır”.
Azərbaycanda medianın palitrasının artıq tam formalaşdığını diqqətə çatdıran Əli Həsənov bildirib ki, ölkədə 50-dən artıq televiziya və radio, yüzlərlə qəzet, jurnal, informasiya agentliyi, internet informasiya resursları, jurnalist təşkilatları və media yayım formaları fəaliyyət göstərir. Azərbaycan qanunvericiliyi hər kəsin informasiyanı sərbəst, azad şəkildə axtarmaq, əldə etmək, yaymaq hüququnu təmin edir. Azərbaycanda mətbuat orqanı açmaq üçün çox asan prosedur keçmək və fəaliyyətə başlamaq mümkündür.
Əli Həsənov deyib: “Hesab edirəm ki, bunda həm Azərbaycanın inkişaf perspektivini müəyyən edən strateji inkişaf xəttinin həyata keçirilməsi, həm də ölkənin bir çox beynəlxalq təşkilatlar çərçivəsində uğurlu fəaliyyəti mühüm rol oynayıb. Bilirsiniz ki, Azərbaycan demokratik normaların inkişaf etdirilməsi və vətəndaş cəmiyyəti quruculuğu sahəsində ATƏT və Avropa Şurası ilə sıx əməkdaşlıq edir. Ötən illərdə media azadlığının inkişaf etdirilməsi sahəsində bir çox uğurlu layihələr həyata keçirilib. Əlbəttə, onların sırasında Avropa Şurası və Avropa İttifaqının birgə “Proqramlar üzrə Əməkdaşlıq Çərçivəsi”nin “İfadə və media azadlığı” layihəsinin də özünəməsxus yeri vardır”.
“Diffamasiya” mövzusunda təşkil edilən bugünkü tədbir uzun müddətdir ki, Azərbaycanda hərtərəfli müzakirə olunan məsələlərdən biridir”, - deyən Prezident Administrasiyasının rəsmisi qeyd edib ki, “Diffamasiya haqqında” qanun layihələri bir təşəbbüs kimi 2005-ci, 2011-ci və 2013-cü illərdə hazırlanıb, onların ətrafında geniş ictimai müzakirələr təşkil olunub. İctimai müzakirələrin nəticəsi göstərib ki, insanların mətbuat səhifələrində təhqir olunması hallarının yüksək, medianın iqtisadi müstəqilliyi zəif və siyasi qütbləşmənin güclü olduğu bir zamanda belə bir qanunun qəbul edilməsi əks effekt yarada, məsələni daha da mürəkkəbləşdirə bilər. Deməli, ilk növbədə, mətbuat orqanlarının iqtisadi müstəqilliyinin gücləndirilməsi, jurnalist peşəkarlığının artırılması istiqamətində tədbirlər həyata keçirilməli, mətbuatın siyasi qütbləşməsinin səviyyəsi aşağı enməlidir və yalnız bundan sonra müvafiq qanunun qəbul olunması məsələsinə baxıla bilər. Həmçinin ictimai rəyin bu yeniliyə hazırlanmasını ehtiva edən bir sıra zəruri tədbirlərin həyata keçirilməsi lazım idi.
Prezidentin köməkçisi deyib: “2007-ci ildən sonra Azərbaycanda Avropa Şurası, ATƏT, Avropa İttifaqı, beynəlxalq jurnalist təşkilatları ilə birgə jurnalist peşəkarlığının artırılması istiqamətində çoxsaylı tədbirlər həyata keçirilib və müsbət nəticələr əldə edilib. Azərbaycan Prezidentinin fərman və sərəncamları ilə qəzet redaksiyalarına, informasiya agentliklərinə birdəfəlik maliyyə yardımları ayrılıb, jurnalistlərin sosial müdafiəsini gücləndirmək üçün tədbirlər həyata keçirilib.
2008-ci ildə “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi” Konsepsiyasının hazırlanması, həmçinin 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında KİV-lərin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması və onun fəaliyyətinin təşkilində qarşıya qoyulan əsas vəzifələr söz və məlumat azadlığının çərçivəsinin genişləndirilməsi, KİV-lərin müstəqilliyinin təmin edilməsi, bu sahədə mənfi halların aradan qaldırılması, jurnalist peşəkarlığının yüksəldilməsi, cəmiyyətdə tənqidə dözümlülüyün artırılması və digər bu kimi məsələlərin həlli olub.
Elə həmin 2009-cu ildə Azərbaycan Prezidenti İlham Əliyev konkret mövqe ortaya qoyaraq jurnalist fəaliyyətinə və diffamasiya hallarına görə medianın cinayət məsuliyyətinə cəlb olunmasının məqsədəuyğun hesab edilmədiyini açıqlayıb. Həmin dövrdən bu vaxtadək faktiki olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci və 148-ci maddələrinin tətbiqinə moratorium tətbiq olunub və jurnalistlərə qarşı qaldırılmış cinayət işləri ya icraata götürülməyib, ya da onlara mülki qanunvericilik əsasında baxılıb.
Əli Həsənov deyib: “Onu da nəzərə almaq lazımdır ki, müvafiq maddələrin Cinayət Məcəlləsindən çıxarılması adi jurnalistika fəaliyyəti ilə bağlı olmayan vətəndaşların öz hüquqlarını müdafiə etmək, şərəf və ləyaqətini qorumaq imkanlarından da məhrum edir. Eyni zamanda, həmin müddəalar Avropa İttifaqının üzvü olan əksər ölkələrin, o cümlədən aparıcı dövlətlərin qanunvericiliyində hələ də qalmaqdadır. Qeyd edim ki, əgər söhbət onların tətbiq olunmamasından gedirsə, analoji vəziyyət Azərbaycanda da vardır.
Azərbaycan Respublikası Prezidentinin 2011-ci il dekabrın 27-də insan hüquqlarının və əsas azadlıqlarının səmərəli müdafiəsi üzrə Milli Fəaliyyət Planını təsdiq etdiyini vurğulayan Əli Həsənov deyib: “Həmin planda “Diffamasiya haqqında” qanunun qəbul edilməsi bəndi də öz əksini tapıb. Daha sonra Mətbuat Şurası 2010-cu ili Azərbaycanda “Diffamasiya ili” elan edib, jurnalist təşkilatları “Diffamasiya haqqında” Qanunla bağlı müxtəlif təşəbbüslər irəli sürüb, ATƏT-in dəstəyi ilə qanun layihələri hazırlanıb və Azərbaycan Milli Məclisinə təqdim edilib. Həmçinin 2013-cü ildə Azərbaycan müvafiq qanun layihəsini hazırlayaraq ekspertiza üçün Avropa Şurasının Venesiya Komissiyasına göndərsə də, sonda bir sıra məsələlərlə bağlı fikir ayrılığının yaranması şəraitində qanunun qəbulu mümkün olmayıb.
Göründüyü kimi, Azərbaycanda “Diffamasiya haqqında” qanunun qəbul edilməsi qapadılmış məsələ deyil, bu layihənin üzərində iş davamlı şəkildə aparılıb, zəruri tədbirlər həyata keçirilib”.
“Düşünürəm ki, bugünkü müzakirələrdə bir tərəfdən Azərbaycanda həmin qanunun qəbulu ilə bağlı real imkanlar qiymətləndiriləcək, beynəlxalq təcrübə nəzərdən keçiriləcək və səmərəli təkliflər irəli sürüləcək”, - deyə Əli Həsənov bildirib.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM