Sabah Bakıda beynəlxalq neft-qaz sərgisi başlayır

13:27 / 31.05.2016

Sabah Bakıda XXIII Beynəlxalq Xəzər Neft və Qaz ("Caspian Oil&Gas-2016") sərgisi və VI Xəzər Beynəlxalq Energetika və Alternativ Enerji ("Caspian Power-2016") sərgisi başlayacaq.

Strategiya.az xəbər verir ki, sərgilər iyunun 4-də başa çatacaq.

Sərgi ilə bağlı bu gün keçirilən mətbuat konfransında tədbirin əsas təşkilatçısı olan "İteca Caspian" şirkətinin icraçı direktoru Fərid Kərimov bildirib ki, bu il sərgidə 30 ölkənin 240 şirkəti iştirak edəcək. O qeyd edib ki, neft sektorunda baş verənlərə baxmayaraq sərgiyə maraq artıb.

Xəzər Neft və Qaz Sərgisinin meneceri Tofiq Kərimov bildirib ki, bu il sərgidə Belçika, Çin, İspaniya, İtaliya, Qazaxıstan, Niderland, Polşa, Portuqaliya və digər ölkələrin şirkətləri iştirak edəcək: "Öz növbəsində Çexiya, İtaliya və Almaniya sərgidə öz milli pavilyonlarını təqdim edəcək. Hər il “Caspian Oil&Gas” iştirakçılarının tərkibinə yeni şirkətlər daxil olur, bu il isə yeni iştirakçılar qismində Böyük Britaniya, Portuqaliya, Rumıniya, ABŞ və s. ölkələrin şirkətləri çıxış edir".

Tədbirin sponsoru SOCAR, qızıl sponsorlar BP və “Petronas” şirkətləri, gümüş sponsorlar isə “Bos Shelf” şirkətləridir. Digər sponsorlar arasında “Azeri M-I Drilling”, “AZFEN J.V.”, “Caspian Marine Services”, “Global Energy”, “SOCAR Polymer”, “Tekfen Construction” şirkətləri var.

"Caspian Power-2016" sərgisi “Xəzər neft və qaz, neft emalı və neft-kimya” (“Caspian Oil&Gas”) beynəlxalq sərgi-konfransı ilə eyni platformada keçiriləcək.

“Caspian Power” sərgisi Azərbaycan Energetika Nazirliyi və Alternativ və Bərpa olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi tərəfindən dəstəklənir.

Sərginin iştirakçıları arasında Belarus, Çin, Polşa və digər ölkələrin energetika texnologiyaları üzrə aparıcı təchizatçı şirkətləri var. Sərgidə 6 ölkədən 30 şirkət iştirak edəcək. Sərginin ekspozisiyası çərçivəsində elektrik enerjisinin həm texniki, həm də kommersiya məqsədləri ilə uçotunun aparılması üçün avtomatlaşdırılmış sistemlər, LED işıqlar, günəş batareyası panelləri, işıq-diod indikatorları, işıqlandırma sistemləri, müxtəlif kabel-naqil məhsulları, kommutasiya-paylayıcı cihazlar, habelə enerjiyə qənaət edən müasir avadanlıqlar, transformatorlar, izolyatorlar, elektrik açarları və bir sıra digər məhsullar təqdim olunacaq.

Sərgilərin açılış mərasimində Azərbaycan prezidenti İlham Əliyevin iştirakı nəzərə tutulub.

Qeyd edək ki, iyunun 2-3-də ənənəvi beynəlxalq Xəzər Neft-Qaz konfransı da keçiriləcək. Sərgilərin və konfransın təşkilatçıları qismində “Iteca Caspian” və onun Böyük Britaniyalı tərəfdaşı “ITE Group” şirkətləri çıxış edir.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM